Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair sənədlər imzalanıb

Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair sənədlər imzalanıbAzərbaycanla Rusiya arasında əməkdaşlığa dair sənədlər imzalanıb
Moskva şəhərində keçirilən X Rusiya – Azərbaycan regionlararası forum çərçivəsində ikitərəfli sənədlər imzalanıb. 
"Report"un Rusiya bürosu xəbər verir ki, Azərbaycan ilə Rusiya hökumətləri arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Sazişi Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya tərəfindən imzalanıb. 
Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov və Rusiya – Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik turizm sahəsində əməkdaşlıq və turizm alyansınin təsis olunmasına dair Saziş imzalayıblar. 
Azərbaycan Turizm Agentlikləri Asosiasiyası ilə "Delovaya Rossiya" Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlığa dair Saziş imzalanıb. 
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə "Opora Rossii" Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında əməkdaşlığa dair Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və təşkilatın vitse-prezidenti Eduard Ömərov tərəfindən imzalanıb. Həmçinin "Opora Rossii" ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında da əməkdaşlığa dair Memorandum imzalanıb. 
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) ilə "Gazprombank" arasında tərəfdaşlığa dair Saziş AzPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev və Bankın vitse-prezidenti Andrey Savçenko tərəfindən imzalanıb. 
Forumun plenar iclasında həmçinin "Azərmaş" ASC ilə "Rosselmaş" kombayn zavodu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. "Gəncə Avtomobil Zavod"u ilə "Ural Avtomobil Zavod"u arasında 7,8 milyon dollar məbləğində "Ural" yük avtomobilin tədarükünə dair çərçivə Sazişi imzalanıb. Bundan başqa Azərbaycanın "Nabucco" şirkəti ilə Rusiyanın "Neopark" MMC arasında Azərbaycanda mexanik və robot təchizatlı parkinqlərin salınması üçün müvafiq avadanlığın tədarükü barədə razılaşma əldə edilib. "Azproduct" MMC ilə "Velrıbprom" MMC arasında imzalanan Saziş çərçivəsində 2,34 milyon dollar məbləğində 3 min ton dondurulmuş balıq Rusiyaya ixrac olunacaq. 
"Ultra Technologies" şirkətilə Rusiyanın "Digital Design" QSC arasında əməkdaşlığın perspektivinə dair Bəyannamə imzalanıb. "Karvan-L" MMC ilə Dərbənd şəhər meriyası arasında sərmayə layihəsinin yerinə yetirilməsinə dair Saziş imzalanıb. 
Forumun plenar iclasında Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası "Business Dialogue Media" nəşriyyat və kommunikasiya qrupu ilə də əmədaşlığa dair sənədi imzalanıb.  /oxu.az

Siyasi       Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər cəbhədən son dəqiqə son xabar son xeberler azerbaycan