Azərbaycanla strateji müttəfiqlik səylərimiz uğurla davam edir
"Azərbaycanla strateji müttəfiqliyimizi gücləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir".
azxeber.com "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.
Nazir bildirib ki, Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha da inkişaf etdirəcək:
"Biz sarsılmaz həmrəyliyimizi, xüsusilə də müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığımızı daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq. Qafqaz regionunun artıq münaqişəyə deyil, dostluq və əməkdaşlığa ehtiyacı var.
Qafqazda təhlükəsizlik və sülh Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsindən keçir. Bu istiqamətdə səmimi səyləri dəstəkləyirik və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayırıq".
Yaşar Güler Türkiyənin həm kədərli, həm də sevincli gündə Azərbaycanla bir yerdə olduğunu bildirib. O, son vaxtlar Azərbaycanla Ermənistan arasında etimadı artıran addımların atılmasından məmnun olduğunu ifadə edib.
"Noyabrda Bakıda Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünü keçirdik. Bu görüş hərbi və təhlükəsizlik məsələləri də daxil olmaqla geniş spektrli məsələlər üzrə hər üç ölkənin ümumi maraqlarına və gözləntilərinə xidmət etdi. Regional sabitliyin təmin edilməsi istiqamətində çoxşaxəli səylərimiz gələcəkdə də davam edəcək", - nazir deyib.
Yaşar Güler Türkiyənin dost və müttəfiq ölkələrlə qarşılıqlı hərbi əməkdaşlığı inkişaf etdirmək üçün hərbi çərçivə sazişləri, təlim sahəsində əməkdaşlıq və hərbi yardım müqavilələri imzalandığını da xatırladıb.
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi