Azərbaycanlı iş adamını Afrikada niyə öldürdülər?

Azərbaycanlı iş adamını Afrikada niyə öldürdülər?"Məmmədpaşa Axundovla şəxsi tanışlığım yoxdur. Amma onu deyim ki, Mavritaniyada qızıl axtaranlar çox yaşamır. Əvvəlcə şirnikləndirirlər, daha sonra bütün var-dövlətini əlindən alırlar. Mavritaniyada belə bir deyim var: Bu ölkədə öz əcəli ilə ancaq kifir qadınlar ölə bilir. Burada yerli klanların, tayfaların icazəsi olmadan qızıl, almaz işinə girmək ölümə bərabərdir".
KONKRET.az xəbər verir ki, bu sözləri Lent.az-a Mali və Mavritaniyada beynəlxalq layihələrdə iştirak edən həmyerlimiz deyib.
Ötən gün Afrikanın Mali Respublikasında yaşayan azərbaycanlı iş adamı Məmmədpaşa Axundov yol qəzasında həyatını itirib. Onun nəşi qısa müddətdə ölkəyə gətirilməsi mümkün olmadığından elə Malidə də dəfn edilib.
Qeyd edək ki, qızıl mədənçiliyi ilə məşğul olan həmyerlimiz Afrikada "Arifoglu Gold" MMC-yə rəhbərlik edib. Baş vermiş qəzada şübhəli məqamların olduğu deyilir.
Arayış:
"Arifoglu Gold" MMC 2019-cu ilin oktyabrında Mavritaniyada təsis edilib, qızılın, qiymətli daş və metalların çıxarılması ilə məşğuldur. Şirkət həmçinin qiymətli daşların alqı-satqısı üçün lisenziyalara malikdir. "Arifoglu Gold" MMC-də dünyanın bir çox ölkəsində işləmiş təcrübəli mütəxəssis olan geoloqlarla əməkdaşlıq edir. Şirkət Mavritaniya və Malidə fəaliyyət göstərir.
"Arifoglu Gold" MMC-nin əlaqə nömrəsindən də (+222 (36) 38-87-65) görünür ki, ofis həqiqətən də Afrikanın Mali Respublikasında yerləşir.
Həmsöhbətimizin dediyinə görə, o da baş verənlər barədə yerli mediada oxuyub.
"Düzü, bilmirəm ki, Məmmədpaşa bura necə gəlib çıxıb. Amma riskli işə girişib. Təhlükəsizliyinə tam təminat olmadan burada işləmək mümkün deyil. Şirkətin özünün  şəffaflığı da bir az şübhə doğurur. Sadə, necə deyərlər, sıradan bir veb-səhifəsi var. O da gözdən pərdə asmaq üçündür".
Mövzu ilə bağlı qısa araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, bir müddət əvvəl Məmmədpaşa Axundov öz fəaliyyəti ilə bağı video-müraciət yayıbmış.
Həmin müraciətdə bildirir ki, qızıl çıxardığı sahə 10 kvadrat kilometr ərazini əhatə edir. Onun sözlərinə görə, həmin sahə geoloji testdən keçib. Təxmin edilir ki, orada 1 ton 900 kiloqrama yaxın qızıl ehtiyatı var. Mərhum onu da bildirir ki, həmin sahənin yaxınlığındakı ərazidə geoloji test aparılıb və güman edilir ki, orada almaz ehtiyatları var.
Hadisəni daha ətraflı öyrənmək üçün Məmmədpaşa Axundovun oğlu Arif Axundovla əlaqə saxladıq.
O, açıqlamasında bildirir ki, atasının ölüm səbəbi araşdırılır:
"Atam daha əvvəl Almaniyada yaşayıb və sonradan Mavritaniya Respublikasında qızılçıxarma şirkəti qurub. Onunla birgə bir neçə azərbaycanlı da orada şirkətin idarə edilməsində iştirak edib. Baş vermiş qəzada şübhəli məqamlar var. Avtomobili idarə edən şəxs xəstəxanadadır, danışa bilmir. Hələ ki, hadisə araşdırılır".
Qeyd edək ki, Məmmədpaşa Axundov həm də xeyriyyəçi kimi tanınıb. Onun rəhbərliyi altında Afrika ölkələrində 40 su quyusu, xəstəxana, məscid və məktəblər tikilərək istifadəyə verilib.

Hadisə       Tarix: 12 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda qadın stəkanla döyüldü

Bakının Xəzər rayonunda 38 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. xəbər verir ki, hadisə Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində onların birgə yaşadıqları evdə baş verib. Masallı rayon sakini

Bakı-Quba yolunda yanğın 

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol kənarındakı otluq sahədə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsin

Bakıda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektri

Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI

Xəbər verdiyimiz kimi, Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şahbuz rayonunda qeydə alınan hadisə nəticəsində üç nəfər ölüb. Qəzada həlak olan Nazim Abdullayev

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Madridin oyuncaq mağazalarının birində satışa çıxarılan yeni oyun seti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. -ın məlumatına görə, Avropada yaşayan həmyerlimizin "Facebook"da paylaşdığı təsvirlərdə Azərbayca

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi 

Gəncədə qadın əməliyyatdan sonra ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumat

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib. -ın Teleqraf-a istinadən xəbərinə görə, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib. Yaxınları onu

Qarışıq mallar mağazası kül oldu 

Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib. -a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb. Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasınd

12 yaşlı oğlan faciəvi şəkildə öldü

Füzuli rayonunda 12 yaşlı oğlan atdan yıxılaraq ölüb. APA-ya istinadən zəbər verir ki, hadisə Zobucuq-5 qəsəbəsinin ərazisində baş verib. Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü R.N. avqustun 14-də atdan yıxılaraq xətəxanay


azerbaycan xeberleri yeni xeberler son xeberler apa.az xeberler maşın realiti şou sou xeberler son xeber.az