Azərbaycanlı psixoloqdan koronavirusla bağlı tövsiyələr

Azərbaycanlı psixoloqdan koronavirusla bağlı tövsiyələrAzərbaycanlı psixoloqdan koronavirusla bağlı tövsiyələr
"İnsanlar günün istənilən saatını açıq hava şəraitində keçirdiyi üçün bir anda sərbəst hərəkətin məhdudlaşdırılmasına aqressiv reaksiya verirlər".
Bu sözləri Oxu.Az-a açıqlamasında psixoloq Nuriyyə Quliyeva deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən insanların sağlamlıqlarının müdafiəsinə yönələn qərarları müsbət qiymətləndirmək lazımdır.
Psixoloq qeyd edib ki, insanlar qoyulan məhdudiyyətləri azadlıqlarının əlindən alınması kimi başa düşür:
"Mövcud vəziyyətlə bağlı respublika ərazisində tətbiq edilən məhdudiyyətlərin vacib olduğunu düşünürəm. Bu qərarlara müsbət yanaşıram və hər kəsi sağlamlıq naminə bu qaydalara riayət etməyə çağırıram. Bəzi insanlar koronovirusla bağlı məsələnin ciddiyyətini hələ də dərk etmir.
Onlar azadlıqlarının məhdudlaşdırıldığını düşünərək vəziyyətə etiraz etməyə çalışırlar. Lakin bu, heç də belə deyil. İnsanlar bu qaydaların yalnız onlara şamil olunduğunu düşünərək psixoloji olaraq özlərini qıcıqlandırmasınlar, təlaşa düşməsinlər.
Ortada bu qədər informasiya olduğu halda, vəziyyətə ciddi yanaşmayan, qaydalara riayət etməyən insanların sayı təəssüf ki, çoxdur. Səhiyyə işçiləri çox gərgin iş rejimində çalışır, hər gün aidiyyəti qurumlar tərəfindən qaydalara ciddi riayət olunması barədə təlimatlar verilir. Yaxşı olardı ki, gigiyenik normalara düzgün riayət etmək, təlimatlara əməl etməklə bu virusun daha çox insana yayılmasının qarşısını birlikdə alaq".
Psixoloq onu da əlavə edib ki, 65 yaşdan yuxarı şəxslərin evdə qalmasına ayrıseçkilik kimi yanaşmaq doğru deyil:
"Nəzərə almaq lazımdır ki, bu, heç də həmin şəxslərə qarşı hörmətsizlik deyil. Bəzi insanlar bunu ayrıseçkilik kimi qəbul edərək etiraz edirlər. Mövcud vəziyyətdə ən çox əziyyət çəkən elə məhz yaşlı nəslin nümayəndələridir. İnsanlar psixoloji cəhətdən özlərini gərginlikdə saxlamamalıdırlar. Mövcud vəziyyəti qəbul etmək, evdən çölə çıxmamaq, gigiyenik normalara riayət etmək lazımdır ki, yoluxma hallarının sayı artmasın və bu bəla qısa zamanda aradan qalxsın".
Könül Cəfərli

Sosial       Tarix: 24 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az sonxeber axsam.az xeberler azerbaycanda son xeberler