"Azərbaycanlı sahibkarların şirkətlərini və kapitalını ciddi təhlükə gözləyir" – İLGİNC AÇIQLAMA

Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dayandırmaq üçün  Avropa İttifaqı yalnız iqtisadi sanksiyalarla kifayətlənir. Lakin görünən odur ki, iqtisadi manevrlər Rusiyanı öz inadından döndərə bilmir. Belə ki, sanksiyalar yalnız Rusiyada fəaliyyət göstərən ayrı-ayrı şirkətlərə və şəxslərə maneədən başqa bir şey deyil. Bu mənada Azərbaycanlı sahibkarlar da qadağalardan təsirlənmiş olur. Yaxın günlərdə internet üzərindən virtual kartlar təqdim edən Azərbaycan startapı "Bankoff"a qarşı sanksiya tətbiq olunub. "Visa" və "Stripe" qlobal ödəniş sistemləri "Bankoff" kartlarına xidmət göstərməyi dayandırıb. "Bankoff"un öz resurslarının da bloklandığı bildirilir.
Bəs görəsən, növbəti mərhələdə Azərbaycanın digər şirkətlərinə də sanksiyalar tətbiq edilə bilərmi? Bunun bizim üçün hansı mənfi nəticələri ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, şirkətlərə dəyən zərərlərin hansı formada kompensasiya ediləcəyi hələlik bəlli deyil: "Rusiya hazırda Avropa tərəfindən ağır sanksiyalara məruz qalıb. Orada fəaliyyət göstərən istənilən ölkənin şirkətləri, müəssisələri, ayrı-ayrı şəxsləri və maliyyə resurslarına hər cür təhlükə mövcuddur. Bu qaçılmaz bir vəziyyətdir. Azərbaycan şirkətləri də burada istisna deyil. Şirkətlərə dəyən zərərlərin hansı formada kompensasiya ediləcəyi də hələlik bilinmir. Çünki sanksiyalar yağışı Rusiya ilə müttəfiq olan hər kəsə aiddir. Belə şirkətlərin sayı həddən çoxdur".
İqtisadçı bildirib ki, belə bir məqamda iki ölkə arasında mövcud iqtisadi-ticari əlaqələr həssas yanaşma tələb edir: "Prezident İlham Əliyev bu yaxınlarda Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycanla mövcud qarşılıqlı iqtisadi-əlaqələrə kəskin zərər vurmadığını söylədi. Lakin vəziyyət belə davam edərsə nəticələr daha pis olacaq. Avropa İttifaqı hazırda Rusiyaya yeni sanksiyalar paketi hazırlayır. Bu sanksiyalar getdikcə daha geniş arealı əhatə edəcək. Proses dərinləşdikcə Rusiyada fəaliyyət göstərən digər Azərbaycan şirkətləri də bundan təsirlənəcək. Bu mənada Azərbaycanlı sahibkarların şirkətlərini və kapitalını ciddi təhlükə gözləyir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 04 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun son xabar cəbhədən ən son xəbərlər kriminal