Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub
Azərbaycanlı tələbə Nərmin Kərimova Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan University of Oxford universitetinin "International Relations" üzrə MPhil proqramına qəbul olub.
azxeber.com xəbər verir ki, Nərmin Kərimova hazırda Bakıda fəaliyyət göstərən ADA University-də "International Studies" ixtisası üzrə təhsil alır. O, yüksək akademik göstəricilərinə görə bir neçə dəfə rektor və dekan siyahısına daxil edilib.
Tələbə həmçinin Almaniyanın Humboldt University of Berlin-də mübadilə proqramı çərçivəsində təhsil alaraq beynəlxalq akademik təcrübə qazanıb.
Bundan əlavə, Nərmin Kərimova Böyük Britaniyanın aparıcı ali məktəblərindən olan London School of Economics və University College London universitetlərindən də qəbul alıb.
Məlumata görə, o, bütün müraciət və qəbul proseslərini heç bir konsultasiya şirkətinin dəstəyi olmadan, müstəqil şəkildə həyata keçirib.
Qeyd edək ki, Nərmin Kərimova peşəkar fəaliyyəti çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində könüllü və təcrübəçi kimi çalışıb, eləcə də ölkənin Almaniyadakı səfirliyində diplomatik təcrübə qazanıb. O, IELTS imtahanından 8.5 bal toplayıb.
Onun bu uğuru Azərbaycan gənclərinin beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlərə növbəti nümunə kimi qiymətləndirilir.

"Sabah" "Zirə"ni darmadağın etdi
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Zelenskinin ofisində axtarış aparıldı
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib