Azərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEO

Ukrayna musiqi və şou biznes dünyasında səs salan Lana Tigrana ləqəbli müğənni - rəqqasə Ruslana Akif qızı Nəsibovanın ifasında "Dəli olma" adlı yeni sinqlın təqdimatı baş tutub.
Azxeber.com xəbər verir ki, layihənin direktoru və prodüsseri Azərbaycanda bir sıra telelayihələrin müəllifi olmuş, hazırda Kiyevdə yaşayan tanınmış prodüsser İdris Cəfərovdur.
Belə ki, bir çox hallarda ABŞ-da yaşayan erməni əsilli müğənni Şerə ilə müqayisə olunan Lana Tigran müğənni olmaqla yanaşı, Ukraynada şərq rəqslərinin öyrədicisidir və bu məşhurluqla, yaşadığı ölkədə artıq ona bənzədilən erməni müğənninin reytinqini geridə qoyub.
O, 2017-ci ildə Avstriyada Vyana Balının kraliçası titulunu alıb. Beynəlxalq kateqoriyalı rəqs üzrə məşqçi dərəcəsini alan Lana eyni zamanda Ukrayna Şərq Rəqsi Yarışmasının qalibi də olub. O, həm də bir sıra telelayihələrin qalibi olub. Lana musiqi layihəsinə 3 il əvvəl başlayıb. Yeni layihə-klipdən əvvəl Lana "Şərq" və "Şəfəq" adlı daha iki klipini da yayımlayıb. Bundan başqa bəstəkar kimi "Azərbaycan" adllı vətənpərvər mövzuda mahnı da yazan müğənni bildirib ki, bu mahnının ərsəyə gəlməsi  azərbaycanlı atasına və Azərbaycana sevgisinin tərənnümündən irəli gəlib:
"Bu gün mən "Dəli olma" adlı yeni klipimi təqdim edirəm. Bu klip böyük bir hadisə ilə bağlıdır. Çünki belə bir dövr oldu ki, mən rəqs ilə məşğul olan zaman şəxsi həyatımda problemlər oldu. Ona görə düşündüm ki, bu rəqsdən ibarət klipimi "Dəli olma" adlandıracam. Klipin sözlərini və musiqisini özüm yazmışam. Amma təbii ki, komandam, hansı ki, bu layihədə çalışırlar, mənə böyük köməkləri olub. Mən şəxsən Ukrayna Şərq Mədəniyyəti Mərkəzini yaratmışam, insanları yaxın və uzaq şərq mədəniyyəti ilə tanış edirəm. Bu mərkəz Kiyevdə yerləşir, hər kəs gəlib tanış ola bilər. Yeri gəlmişkən mənim atam azərbaycanlıdır. Biz əslən Azərbaycanın Naxçıvan bölgəsindənik. Hazırda Naxçıvanda qohumlarım, nənəm, əmilərim və xalalarım yaşayır. Baxmayaraq 28 ildir Ukraynada yaşayıram. Amma təşkil etdiyimiz mədəniyyət mərkəzində əsasən Azərbaycan mədəniyyətini təbliğ edirik.
Azərbaycan əsilli Ukrayna müğənnisi onu da bildirib ki, bu layihə son deyil və qarşıdan yaşadığı ölkədə geniş səs salmağa hədəflənən bir sıra layihələri də nəzərdə tutub. O bildirib ki, bu istiqamətdə artıq işlərini məhz azərbaycanlı tanınmış prodüsser İdris Cəfərov ilə birgə planlaşdırıb. İdris bildirib ki, Lananın bu fəaliyyəti Azərbaycan və dünya azərbaycanlılar üçün qürurvericidir".

Azərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEOAzərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEOAzərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEOAzərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEO

Şou Biznes       Tarix: 10 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeber.az cəbhədən xəbərlər son xeberler bugun