Azercell Azərbaycan bazarında fəaliyyətinin 25 illiyini qeyd edir

Azercell Azərbaycan bazarında fəaliyyətinin 25 illiyini qeyd edir5 milyondan çox abunəçinin seçimi olan"Azercell Telekom" MMC fəaliyyətinin 25 illiyini qeyd edir. Azercell-inyaradılması müstəqilliyini yenicə qazanmış Azərbaycanda Ulu Öndər HeydərƏliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı və səmərəli islahatlarıntərkib hissəsi idi. Ölkədə telekommunikasiya sənayesinin inkişafına dəstək vermiş Ümummilli lider HeydərƏliyev Azercell-in açılış mərasimində iştirak edib. Qürurvericidir ki, GSMtexnologiyasını sınaqdan keçirən və Azercell vasitəsilə edilmiş ilk zəngə cavabverən şəxs Ulu Öndər olub.
25 illik fəaliyyəti ərzində şirkətAzərbaycanın mobil rabitə bazarında lider mövqeyini möhkəmləndirib və abunəçilərinədaima qabaqcıl həllər təqdim edərək keyfiyyətli, innovativ və əlçatan rabitəxidmətləri göstərib. Azercell Azərbaycanda GSM texnologiyası, 24/7 rejimdəçalışan Çağrı Mərkəzi, SimSim (fakturasız) xətt sistemi, M2M xidmətləri, 4Gtexnologiyası, Azercell Ekspres xidmət mərkəzləri, mobil və onlayn müştərixidmətlərini təqdim edən, 5G texnologiyasının pilot şəbəkəsini test edən ilkşirkət olub.
Azercell də bu gün öz şəbəkəsini bütün ölkə ərazisindəgenişləndirərək yeni rəqəmsal eraya qədəm qoyur. Şirkət müasir rəqəmsal vəkiber xidmətlər üzərində çalışır, həmçinin qabaqcıl kommunikasiya həlləriyaradır. Bu yanaşma şirkətin yenilənmiş korporativ strategiyasında da əksolunur. Yeni strategiyaya görə Azercell-in əsas məqsədi həm fərdi, həm də bütünnöv iri və kiçik biznes müştərilərinin istək və gözləntilərini qabaqcadanmüəyyən edərək onlara cavab verməkdir.
"Hazırda biz çağırışlarla zəngin dövrdəyaşayırıq. Texnologiya durmadan sürətlənir, müştərilərimiz öz növbələrində texnolojiyeniliklərə daha  açıqdırlar. Bizim yeniməqsədimiz: "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!". Müştərilərimizinartan dinamika ilə inkişaf edən istəklərini qarşılamaq və bir addım öndə olaraqonları öncədən müəyyən etmək üçün  bizdaima öyrənməli, inkişaf etməli və qarşımıza yeni hədəflər qoymalıyıq. Fəaliyyətimizləcəmiyyətə verə biləcəyimiz faydanı rəhbər tutaraq abunəçilərimizin həyatınadaha intensiv şəkildə inteqrasiya olmalıyıq. Hazırkı bazar şərtləri və inkişafdövründə yalnız bu yolla uğur qazanmaq mümkündür!", -"Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalova şirkətin yeni məqsədiniaçıqlayaraq qeyd etdi.
25 il əlamətdar tarixdir. Bu önəmli günAzercell-i gələcək fəaliyyətini yenidən düşünməyə,yüksək texnologiyalar dövrününtələblərini qarşılamaq və proqnozlaşdırmaq məqsədi daşıyan yeni brendplatformasını təqdim etməyə sövq edir. Şirkət brendinin yeni şüarını açıqlayır-  "Sənə yaxın gələcək". Yenikommunikasiya konsepsiyası bir azərbaycanlı ailənin gündəlik həyat hekayələriəsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya həllərinin müştərilərədaha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal həllərinsanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha daböyük töhfə verəcək.
25 illik yubileyini və brendin yenilənməsiniqeyd edən Azercell bütün bu illər ərzində onu seçən və ona güvənən bütünabunəçilərinə təşəkkür edir!
Azercell bütün abunəçilərini 25 illikyubileyini qeyd etmək və ən son yeniliklərdən xəbərdar olmaq üçün sosial mediahesablarını izləməyə dəvət edir:
Facebook: 
Instagram: 
LinkedIn: 
TikTok: 
Twitter: 
YouTube: 

İqtisadiyyat       Tarix: 16 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbərlər xeberler azerbaycan bugun xeberler son xəbər