Azercell diler şəbəkəsi üçün sertifikasiya proqramı keçirir

Xidmət səviyyəsinin yüksəldilməsinə yönəlik xüsusi sertifikasiya prosesi ölkə bazarında ixtisaslı kadrların yetişdirilməsinə şərait yaradacaq
Abunəçilərinin gündəlik rabitə ehtiyaclarını rahat və operativ şəkildə qarşılamağı hədəfləyən ölkənin lider mobil operatoru "Azercell Telekom" istər ölkədə sosial təcrid şəraitinin tətbiq olunmasından əvvəl, istərsə də karantin şəraitində bütün mümkün platformalar üzərindən xidmət spektrini təmin etməyin öhdəsindən uğurla gəldi. Eyni zamanda, şirkət uzun illər Azərbaycanda müştəriyə xidmət mədəniyyəti sahəsində nümunəvi yanaşmanı qoruyub-saxlamaq məqsədilə əməkdaşların davamlı olaraq təlimatlandırılması kimi əhəmiyyətli məqamı da artıq onlayn formatda önə çəkdi. Azercell-in yüksək sosial məsuliyyətli bir qurum olmasının daha bir göstəricisi isə yalnız öz əməkdaşlarının deyil, çalışdığı tərəfdaşların da işçilərinin bilik və bacarıqlarının artırılması təşəbbüsləridir.
Bu baxımdan, 2020-ci ilin fevralından başlayan Diler Sertifikasiya Proqramı Azercell-in geniş diler şəbəkəsinin 300-dən artıq əməkdaşı üçün nəzərdə tutulub. 
Beynəlxalq səviyyəli rabitə təminatçılarının təcrübəsindən də faydalanaraq ölkədə ilk dəfə olaraq Azercell Telekom tərəfindən çoxsəviyyəli sertifikasiya proqramı tərtib olunaraq həyata keçirilməyə başladı ki, karantin şəraitində həmin təlimlər rahatlıqla onlayn formatda davam etdi.
Həmin təlimlər Azercell-in xidmət və məhsulları, sənədləşmə qaydaları, abunəçi əməliyyatları üçün müxtəlif proqram təminatlarının mənimsənilməsi, mobil şəbəkə texnologiyasının əsasları, informasiya təhlükəsizliyi qaydaları, müştəriyə xidmət bacarıqları, satış bacarıqları, onlayn satışın idarə edilməsi, eləcə də, müzakirə aparmaq bacarıqları, stressin idarə edilməsi və vaxtın idarə edilməsi kimi müasir işgüzar mühitdə vacib olan sahələri əhatə edir. 
Ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər tərəfindən tanınan Azercell Akademiyası tərəfindən keçirilən proqramın əsas məqsədi Azercell-in xidmət sahəsində keyfiyyət standartlarının bütün diler məntəqələrində tətbiqi, uyğun olaraq müştəri təcrübəsi və müştəri məmnuniyyətinin yüksəldilməsi , əmək bazarı üçün ixtisaslaşmış kadrların yetişdirilməsi, ölkədə gənc nəsil üçün iş imkanlarının genişləndirilməsidir.
Azercell-in Diler Sertifikasiya Proqramının digər üstünlüyü isə bütün müvafiq sahə işçilərinə ölkədə ilk dəfə QR kodlu və müddətli Nailiyyət Sertifikatinın təqdim edilməsidir.
"Azercell Telekom" bundan sonra da müştəri xidmətləri və müştəri məmnuniyyətinin ən yüksək standartlara uyğunluğu, eləcə də peşəkar kadrların yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Azercell diler şəbəkəsi üçün sertifikasiya proqramı keçirirAzercell diler şəbəkəsi üçün sertifikasiya proqramı keçirir

İqtisadiyyat       Tarix: 04 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun ən son xeberler cəbhədən xəbər cəbhədən xəbərlər