Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülübLider mobil operator "STEVIE" beynəlxalq biznes mükafatları tərəfindən "İlin ən innovativ texnoloji şirkəti" seçilib.
azxeber.com xəbər verir ki, "Azercell Telekom" MMC 60-dan çox ölkəni təmsil edən müxtəlif beynəlxalq təşkilatların qatıldığı "STEVIE" müsabiqəsində  "İlin ən innovativ texnoloji şirkəti" adını qazanıb. Lider mobil operatorun  telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklər, insanların həyat keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi innovativ layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. 
Xatırladaq ki, Azərbaycana ilk beşinci nəsil (5G) rabitə standartını gətirən məhz Azercell şirkəti olub. Belə ki, lider mobil operator ötən ilin dekabr ayında ölkədə ilk 5G şəbəkəsini bir sıra smartfon modelləri üçün sınaq rejimində istifadəyə verib. Bu il ərzində Azercell Apple şirkəti ilə birgə əməkdaşlıqda iPhone istifadəçiləri üçün də bu texnologiyanı ölkə ərazisində əlçatan edib. Eyni zamanda, şirkət Samsung smartfonları üçün eksklüziv  5G lisenziyasını əldə edən ilk yerli mobil operator olub. 
Bütün bu məqamlar dünyanın 230-dan çox nüfuzlu biznes ekspertindən ibarət olan beynəlxalq münsiflər heyətinin səsverməsi zamanı nəzərə alınıb. Qaliblərin mükafatlandırma mərasimi oktyabr ayında İtaliyanın paytaxtı Roma şəhərində baş tutacaq. 
Qeyd edək ki, "Azercell Telekom" MMC indiyədək dəfələrlə müxtəlif nominasiyalar üzrə ilin şirkəti seçilərək "STEVIE" mükafatına layiq görülüb. 

İqtisadiyyat       Tarix: 28 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun xabarlar valyuta mezennesi 2026 qarabag