Azercell "Gamesummit" və "Omni AI Summit"in eksklüziv tərəfdaşıdır

Azercell 10 oktyabr tarixində Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Gamesummit" və "OMNI AI Summit" keçiriləcək. Tədbir oyun və süni intellekt sahələrində dünyanın aparıcı texnologiya şirkətlərini, ekspert və sənaye mütəxəssislərini Azərbaycanda bir araya gətirəcək. Google, Xsolla, Microsoft/Xbox, BytePlus, Wonderful AI və digər beynəlxalq şirkətlərin nümayəndələrinin iştirak edəcəyi sammitdə texnologiya sənayesinin aktual trendləri və gələcək inkişaf istiqamətləri müzakirə olunacaq.
Tədbir çərçivəsində çıxışlar, panel müzakirələri və tematik sessiyalar keçiriləcək. "Gamesummit"də oyun sənayesinin qlobal inkişafı, yeni biznes modelləri və oyun ekosisteminin gələcəyi, "AI Summit"də isə süni intellektin biznesdə tətbiqi, yeni nəsil Sİ həlləri və texnologiyanın müxtəlif sahələrə təsiri diqqət mərkəzində olacaq.
Bu tərəfdaşlıq Azercell-in fəaliyyətinin strateji istiqamətlərini — rəqəmsal məhsul portfelinin genişləndirilməsini, eləcə də süni intellekt əsaslı innovativ həllərin tətbiqinin inkişafını əks etdirir.
Şirkət tədbirdə mobil tətbiqində yeni istifadəyə verdiyi "Oyun Portalı"nı təqdim edəcək. Oyunları, turnirləri və viktorinaları bir araya gətirən portal Azercell-in rəqəmsal əyləncə istiqamətində atdığı yeni addımdır. Şirkət istifadəçilərin fərqli maraqlarına uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirir. Ziyarətçilər Azercell-in stendində portalın imkanları ilə yaxından tanış ola, oyunları sınaqdan keçirə və turnirlərdə iştirak edə biləcəklər.
Süni intellekt isə Azercell-in texnoloji transformasiyasının strateji istiqamətlərindən biri olaraq şirkətin müştəri xidmətləri, şəbəkə idarəetməsi, kibertəhlükəsizlik və daxili iş proseslərinə fəal şəkildə inteqrasiya olunur.
Azercell tədbirə tərəfdaşlıq etməklə ölkədə süni intellekt üzrə bilik və təcrübə mübadiləsinə, texnologiyanın biznesdə daha geniş tətbiqinə və yerli rəqəmsal ekosistemin inkişafına töhfə verir. / azxeber.com

İqtisadiyyat       Tarix: 07 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir

Ölkənin seçilən banklarından olan Bank of Baku biznes sahiblərinə öz maliyyə vəsaitlərini dəyərləndirmək və gəlir mənbəyinə çevirmək fürsəti təqdim edir. xəbər verir ki, HÜQUQİ ŞƏXSLƏR öz sərbəst vəsaitlərini Bank of Baku-d

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bəyan etməsi növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxılacağ

AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasınd

PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar

2 oktyabr 2026-cı il tarixində PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov PASHA Bank Georgia-nın Müşahidə Şurasının sədri, PAŞA Bankın İdarə Heyətinin üzvü və baş risk inzibatçısı Pərvin Əhədzadə isə Müşahidə Şurasını

Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit

Yeni ev almaq istəyirsən, amma qarşıda bircə mənzil yox,çoxlu sual dayanır: harada olsun, neçə otaqlı olsun, hazır olsun, yoxsatikintidən seçim edilsin? Əslində, seçim imkanları nə qədər çoxdursa, sənəuyğun mənzili tapma

İlk kredit müraciətinə 1% endirim və 0% komissiya

Hər yeni addım böyük bir təcrübənin başlanğıcıdır. Həyat keyfiyyətini artıracaq planları gerçəkləşdirmək üçün Yelo Bank-ı seçənlər bu addımın nə qədər doğru olduğunu ilk andan hiss edirlər.  Yelo Bank-dan ilk dəfə nağd kredi

Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb

Unibank və Niderlandın sahibkarlığın inkişafı bankı FMO əməkdaşlıqlarında yeni mərhələnin başladığını və ümumi məbləği 50 milyon ABŞ dolları, müddəti isə 4 il olan strateji müddətli maliyyələşdirmə sazişinin imzalandığın

"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 4 oktyabr tarixində "Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirilib. xəbər verir ki, "Kavkaz Logistics"in baş sponsorluğu, "Premiu

Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluqçularının pensiya yaşına çatarkən alacaqları maliyyə ödənişləri ilə bağlı qaydalar ayrıca əksini tapıb


azerbaycan xeberleri yeni xeberler son xeberler siyaseti xeberler bugun cəbhədən son xəbər xeberler bugun 2026 bu gune olan xeberler