Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilirBu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin III rüb üzrə maliyyə göstəricilərinin təhlili aparılır.
azxeber.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Sahil Babeyev onun rəhbərliyi ilə qurumda keçirilmiş növbəti kollegiya iclasında bildirib.
İclasda dövlət müəssisələri ilə işin təşkili istiqamətində görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub. Nazir qeyd edib ki, bu ilin 10 ayında Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş məqsədyönlü siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafında müsbət nəticələrə nail olunub, maliyyə mövqelərimiz daha da möhkəmlənib, dövlət büdcəsinin icrasında müsbət dinamika davam edib.
S.Babeyev dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən islahatlar çərçivəsində institusional və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dövlət müəssisələrinin maliyyə fəaliyyətinə nəzarət mexanizmlərinin gücləndirilməsi, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb, deyib ki, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlığının gücləndirilməsi və fiskal risklərin effektiv idarə olunması bu istiqamətdə həyata keçirilən islahatların əsas prioritetlərindəndir.
İclasda dövlət müəssisələri ilə işin təşkili istiqamətində cari ilin yanvar-oktyabr ayları üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib. Bildirilib ki, ölkə Prezidentinin müvafiq fərmanları ilə dövlət müəssisələrinin maliyyə fəaliyyətinin monitorinqi və təhlili üzrə Maliyyə Nazirliyinə həvalə edilmiş səlahiyyətlərin icrası çərçivəsində Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin fəaliyyəti təşkil edilib və zəruri institusional tədbirlər həyata keçirilib. Eyni zamanda, dövlət müəssisələrinin hesabatlarının elektron qaydada təqdim olunması məqsədilə Dövlət Müəssisələrinin Rəqəmsal Monitorinqi informasiya sistemi istifadəyə verilib, məlumat və hesabat formaları təsdiq edilib, müəssisələrin yeni sistemə uyğunlaşması üçün təlimlər keçirilib.
Qeyd olunub ki, görülmüş işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirib. Belə ki, Beynəlxalq Valyuta Fondunun Fiskal Məsələlər Departamentinin cari ilin may ayında Bakıda keçirdiyi missiyanın nəticələrinə dair hesabatında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin yaradılması və qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər ölkəmizdə dövlət maliyyəsinin səmərəli idarə olunması sahəsində həyata keçirilən mühüm islahatlar kimi dəyərləndirilib. Həmçinin monitorinq çərçivəsinin formalaşdırılması, rəqəmsal həllərin tətbiqi və dövlət müəssisələrinin xalis mənfəətinin ən azı 30 %-nin dövlət büdcəsinə yönəldilməsi mexanizmi müsbət təcrübə kimi qeyd olunub.
Eyni zamanda, dövlət müəssisələrinin müşahidə və himayəçilik şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib. Hazırda 40-a yaxın dövlət müəssisəsinin şuralarında Nazirliyin nümayəndələri təmsil olunur.
İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələləri də müzakirə olunub. Qeyd edilib ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borcalmaları üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi nəzərdə tutulur.
Kollegiyanın sədri dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, maliyyə dayanıqlığının gücləndirilməsi və fiskal risklərin idarə olunması istiqamətində tədbirlərin ardıcıl davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə səhmdar cəmiyyətlərdə korporativ idarəetmə standartlarının tətbiqi, dövlət müəssisələrinin dividend proqnozlarının və büdcə layihələrinin hazırlanması, habelə bu proseslərin dövlət büdcəsinin tərtibi ilə əlaqələndirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir dövlət müəssisələrinin dividend proqnozu və büdcə layihələri, eləcə də dövlət büdcəsinin tərtibi üzrə müvafiq sənədin və növbəti ildən tətbiq ediləcək büdcə tərtibi, icrası və hesabatlılığı üzrə skorinq metodologiyasının hazırlanması, həmçinin korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Kollegiya iclasında, həmçinin Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlərə dair təqdimat nümayiş etdirilib, müzakirələr aparılıb və qaldırılan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

İqtisadiyyat       Tarix: 14 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit

44 gün Azərbaycan xalqının tarixində qürurla xatırlanan günlərdir. Yelo Bank bu münasibətlə Zəfər Gününü müştərilərinə faydalı və yadda qalan bir təklifə çevirir! Noyabr ayının sonunadək rəsmiləşdirilən kreditlər üzrə so

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Business School Bakıda ikincifilialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat vəsahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılardasahibkarlı

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler krimnal xeber son xabar cəbhədən son görüntülər