Azercell-in dəstəklədiyi "Uşaq Qaynar Xətti" son yarımildə 3000-ə yaxın zəng qəbul edib

Azercell-in dəstəklədiyi "Uşaq Qaynar Xətt" xidməti uşaqların sağlam mühitdə böyüməsi üçün iş başındadır
11 ildən artıqdır Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan "Uşaq Qaynar Xətt" xidməti (AUQX) cari ilin iyun ayı üçün hesabatını təqdim edib. Uşaqlara təmənnasız olaraq psixoloji və sosial yardım göstərən qaynar xətt xidmətinə bu ay ərzində 375 zəng daxil olub. Bunların böyük hissəsi hüquqi məsələlərlə (99 zəng) bağlı olub. Müraciətlər təhsil və psixoloji (cəmi 159 zəng), səhiyyə (35 zəng), sosial (24 zəng) və digər (58) sahələrlə bağlı olub. Müraciət edənlərin əksəriyyəti (241 zəng) ilk dəfə xidmətə zəng etdiklərini bildiriblər.
Azərbaycan "Uşaq Qaynar Xətt" xidmətinə iyun ayı boyunca həm böyüklər (248 zəng), həm də uşaqların özləri (115 zəng) müraciət ediblər. Xidmətdən yardım istəyən uşaqların 77-si qız, 38-i isə oğlan olub. Həmçinin sosial şəbəkələr üzərindən 12 anonim müraciət daxil olub.
Sözügedən dövr ərzində Azərbaycan "Uşaq Qaynar Xətt" xidmətinə daxil olan zənglər arasında psixoloji təzyiq halları, əməyin istismarı, etinasızlıqla bağlı müraciətlər də yer alır.
İyun ayında qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar 5 ailə ilə görüş təşkil edilib. Həmçinin fərdi və qrup şəklində 11 sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşaqlara tibbi dəstəyin göstərilməsi, səhiyyə xidməti ilə təmin olunması ilə bağlı 3 müraciət daxil olub ki, AUQX əməkdaşları bu uşaqların səhiyyə hüquqlarının təminatı üçün zəruri addımlar atıblar.
Ümumilikdə bu ilin ilk altı ayı ərzində "Uşaq Qaynar Xətt" xidmətinə 2761 zəng daxil olub. Bunların əksəriyyəti təhsil sahəsi (874 zəng), hüquqi (580 zəng), psixoloji (418 zəng), sosial (260 zəng), səhiyyə (172 zəng) və digər (457 zəng) sahələrə aid olub. 2020 zəng böyüklər, 621 zəng isə 18 yaşdan aşağı şəxslər tərəfindən daxil olub.
Altı ay ərzində qeydə alınan müraciətlərlə əlaqədar 39 ailə ilə görüş təşkil edilib, 105 sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşaqlarda əlillik dərəcəsinin müəyyən olunması, buna uyğun olaraq sosial müavinətin təyin edilməsi ilə bağlı 12 müraciət, xüsusi qayğıya ehtiyacı olan uşaqların
müayinə və müalicəsi, onların səhiyyə hüquqlarının təmin olması ilə bağlı isə 13 müraciət daxil olub. Bu məsələlərlə əlaqədar müraciət edənlərə müavinətlərin təyin olunmasında dəstək göstərilib.
Bu aylar ərzində AUQX sosial şəbəkələr üzərindən də fəaliyyətini gücləndirməyə davam edib. Mərkəz əməkdaşları sosial şəbəkələrdən daxil olan müraciətləri də operativ şəkildə cavablandırıblar.
AUQX xidmətinin əməkdaşları yalnız daxil olan müraciətləri cavablandırmaq, onların həlli üzrə fəaliyyət göstərməklə kifayətlənmirlər. Xidmətin işinin bir qismini də maarifləndirmə təşkil edir. Bu aylar ərzində xidmət əməkdaşları onlayn vebinar və canlı yayımlar təşkil ediblər, beynəlxalq təlimlərdə iştirak ediblər. Təkcə iyun ayında 3 gün boyunca "Kompleks travmanın müalicəsi üçün Bağlılıq, Tənzimləmə və Səriştəlilik Çərçivəsi" mövzusunda beynəlxalq təlim təşkil edilib. Bu təlim iyul ayı ərzində də davam edəcək. Ümumilikdə 6 ay ərzində "Yeniyetməlik dövrünün psixoloji və fizioloji aspektləri", "İntihara son deyək!", "Özünü yalnız hissetmə sindromu" mövzularında onlayn tədbirlər keçirilib.
Qeyd edək ki, "Azercell Telecom" MMC-nin, UNİCEF Azərbaycanın və "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə xidmətin yaradılmasında məqsəd ailədə hər hansı təzyiqə məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqi də istifadəyə verilib.
Qaynar xəttə həm 116111 qısa nömrəsi, həm də Azercell nömrələrinə (050 680 22 80; 051 580 22 80; 051 880 11 80; 051 880 22 80) zənglə, habelə e-poçt xidməti ([email protected]), Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat (www.childhelpline.az) və "ushaqqaynarxetti" mobil əlavəsi vasitəsilə müraciət etmək mümkündür.

İqtisadiyyat     Baxılıb: 400   Tarix: 27 iyul 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində

Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC məsafədən xidmət imkanlarını daha da təkmilləşdirərək növbəti innovativ layihəsin

AccessBank istehlak kreditinin maksimum məbləğini 50 000 AZN-ə qədər artırdı

AccessBank pərakəndə kredit məhsullarını inkişaf etdirmək və müştərilərə daha geniş maliyyə imkanları təqdim etmək məqsədilə istehlak krediti üzrə şərtləri yeniləyib. Belə ki, Nağd Kredit məhsulu üzrə maksimum kredit məbləğ

8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən

Azərbaycanda qadın sahibkarlığı hər keçən gün daha da böyüyür. xəbər verir ki, artıq 338 mindən çox xanım öz uğur hekayəsini yazır və biznesini genişləndirir. Yelo Bank bu müsbət tendensiyanı dəstəkləmək və xanım sahibkarların maliyyə imkanlarını dah

İlham Əliyev dünyada neftin qiymətindəki artımdan danışdı

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub. Dövlət başçısı bununla bağlı deyib:. "Biz neft və qaz qiymətlərinin görünməmiş dərəcəd

Əhaliyə şad xəbər! Sosial ödənişlər bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub. Bu barəd

Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir

UnibankYel çərşənbəsi münasibəti ilə xalqımızı təbrik edir, hər evə xoş günlər, ruzi -bərəkət arzulayır. xəbər verir ki, baharın müjdəçisi olan bu əlamətdar günlərdə Bank yeniplanlarınız üçün sərfəli kredit aksiyası keçirir

Baku Electronics-də "Diqqət Qırmızıdadır" - 4 günlük fürsət

6 mart – 9 mart tarixlərində Baku Electronics mövsümün möhtəşəm kampaniyalarından birini təqdim edir. Kampaniya çərçivəsində nağd alışa 70%-dək endirim fürsəti müştəriləri gözləyir. Üstəlik, bütün endirimli məhsulları 2

Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə innovativ maliyyə həlləri təqdim etməyə davam edir. Dövlət Vergi Xidməti ilə birgə həyata keçirilən sosial əməkdaşlıq nəticəsində Birbanklılar üçün ƏDV-ni geri almaq indi dah

Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir

Elektrikli nəqliyyat vasitələri bazarının ən böyük arenası olan Çində ilin ilk iki ayı üzrə satış məlumatları maraqlı mənzərə ortaya qoyub. ABŞ-da yerləşən Tesla, ölkədə istehsal olunan elektrikli nəqliyyat vasitələrini


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xeberler son xeber 2026 cəbhədən ən son xəbər son xeberler bugun 2026 muharibe