Azercell-in rəqəmsal xidmətləri indi daha çox istifadəçinin rahatlığını təmin edir

Azercell-in rəqəmsal xidmətləri indi daha çox istifadəçinin rahatlığını təmin edirÖlkənin müştəri yönümlü lider şirkəti "Azercell Telekom" MMC rəqəmsal həllərdən istifadəni daha asan və rahat etmək məqsədilə "Kabinetim", "ABB Mobile", "Umico" platformaları üzərindən xidmətlərin çeşidini genişləndirir.
İndi ABB Mobile tətbiqinə Azercell-in NNTV, Bookmate, BluTv, "IVI" rəqəmsal həlləriylə yanaşı SberZvuk xidmətinə abunəlik də əlavə olunub. SberZvuk-la milyonlarla istifadəçinin istənilən əhvala, şəraitə və məkana uyğun musiqini tapmaq, dünya hitlərindən tutmuş klassikaya qədər müxtəlif növ musiqini dinləmək mümkündür. 50 milyon mahnı, podkast, fərdi tövsiyə və musiqini özündə cəmləşdirən rəqəmsal məhsulun ağıllı alqoritmləri seçiminizi sizin üçün avtomatik olaraq fərdiləşdirir.
Yayın əvvəlində SberZvuk xidmətinə Hi-Fi musiqisi üçün dəstəyin əlavə olunması nəticəsində indi milyonlarla mahnı istifadəçilər üçün itkisiz (lossless) - sıxlaşdırma və təhrif olmadan təqdim olunur. Bu yeniliklər əlavə ödəniş tələb etmədən standart abunə paketinə daxildir. Qeyd edək ki, Hi-Fi keyfiyyəti musiqini yaradıcıları tərəfindən ilk düşünüldüyü və yazıldığı şəkildə dinləməyə imkan verir. Bu funksiya iOS və Android əməliyyat sistemini dəstəkləyən bütün mobil cihazlarda istifadə oluna bilər. Bunun üçün SberZvuk tətbiqində Hi-Fi işarəsi olan istənilən kompozisiyanı seçmək, və ya  pleyerdə, istifadəçi profilində Hi-Fi keyfiyyətinə keçid  etmək kifayətdir. Eyni zamanda trekləri keyfiyyətini itirmədən onlayn şəkildə dinləmək və ya mobil cihazın yaddaşına yükləmək də mümkündür.
Həmçinin, ABB Mobile-də təqdim olunan BluTV mobil kinoteatrına Discovery+ striminq xidməti əlavə edilib. Yeni proqram sayəsində bu kanalın sənədli və əyləncəli kitabxanasına üzv olmaq mümkündür. Bu paketdə Discovery Channel, TLC, Animal Planet, ID, Discovery Science, Food Network, Travel Channel, həmçinin Eurosport kimi populyar kanalların təqdim etdiyi ən məşhur şoular, seriallar, idmançılar haqqında proqramlar təqdim olunur.
Xatırladaq ki, bu və digər Azercell rəqəmsal məhsulları artıq "Umico" platformasına da əlavə olunub və xidmətlərə qoşulma qaydası çox sadədir: "Umico" tətbiqini "App Store" və ya "Play Store"dan yüklədikdən sonra "Umico"da "Bonuslar" səhifəsinə keçid edib "Azercell - Keşbekli xidmətlər" bölümü seçilməlidir.
Azercell-in rəqəmsal məhsullar portfeli ilə tanış olmaq üçün  səhifəsinə keçid etməyiniz xahiş olunur.

İqtisadiyyat       Tarix: 05 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun cəbhədən son görüntülər xəbər.az cəbhədən xəbər