Azercell media nümayəndələrini təbrik edir

Azercell media nümayəndələrini təbrik edirLider operator jurnalistlərə peşə bayramları münasibətilə 5GB internet paketi hədiyyə verir
22 İyul - milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatının yaranması günüdür.  
Ölkənin lider mobil operatoru "Azercell Telecom" MMC ənənəvi olaraq jurnalistlərin peşə bayramında media nümayəndələrinə özəl hədiyyə təqdim edir. 22-23 iyul tarixlərində "Mediacell" tarifinin bütün istifadəçiləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşları Azercell-dən hədiyyə olaraq 5 GB mobil internet paketi alır. Jurnalistlər hədiyyə paketini qeyd olunan tarixlərdə 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə əldə edə bilərlər. 
Milli Mətbuat və Jurnalistika Günündə Azercell şirkəti düşmən atəşi altında peşə fəaliyyətini həyata keçirən şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun da xatirələrini yad edib. Şirkət nümayəndələri bu əlamətdar tarixdə şəhidlərin ruhuna dərin ehtiramlarını və dəstəklərini nümayiş etdirmək üçün onların ailə üzvlərinə xüsusi hədiyyələr təqdim edib.
Mətbuat nümayəndələri üçün 2011-ci ildən etibarən "Mediacell" adlı xüsusi tarif paketini təqdim edən Azercell fəaliyyəti boyunca ölkəmizdə KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına yardım etmək məqsədilə çoxsaylı layihələr həyata keçirib, jurnalistlər üçün ixtisaslaşmış seminar və treninqlər təşkil edib.
Tək Azercell-in ingilis dili kurslarına indiyədək 550-ə yaxın media nümayəndəsi qatılıb. Mobil operator tərəfindən Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini və dürüst xəbərləri xalqımıza və dünyaya çatdıran jurnalistləri də dəstəkləyən müxtəlif təşəbbüslər reallaşdırıb.
 "Azercell Telecom" MMC bu şərəfli peşə nümayəndələrini təbrik edir, onlara əhəmiyyətli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayır!

İqtisadiyyat       Tarix: 22 iyul 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg"

"Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir" - Ekspert

"Ermənistanda seçkinin nəticəsi Paşinyanın taleyindən daha çox Ermənstanın gələcək istiqaməti və regionun yeni mərhələdə necə formalaşacağı ilə bağlı bir siqnaldır". Bunu -a açıqlamasında iqtisadçı Eldəniz Əmiro

"Kontakt" Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

Qarabağda baş verən yeniliklərin bir ünvanı da Xankəndidir. Bu inkişafın bir parçası olaraq sevindirən şəbəkə "Kontakt" Xankəndidə ilk mağazasının açılışına hazırlaşır. İlin ikinci yarısında açılması planlaşdırıla

Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır

"2025-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət, müdafiə və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılara

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi

"Azercell Telekom" MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 1002:2018 "Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrd

Bakcell "AI Strategy Summit | Baku 2026" tədbirinin əsas tərəfdaşı oldu - FOTOLAR

Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən "AI Strategy Summit | Baku 2026" tədbirini

TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir

Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən "BeynəlxalqMaliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyəİnteqrasiyası" adlı forumunda (IFBS 2026) rəsmi tərəfdaş olaraq iştirak edib. xəbər veri

Pensiya və maaşları istənilən bankdan ala biləcəyik

Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administrator


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberlər sosial yardim son xeber az meherremlik 2026