"Azercell" rəqəmsal kartının növbəli aktivasiyasına start verib
Lider mobil operator öz rəqəmsal kartını ilk qrup abunəçilərinə təqdim edir. "Azercell"-in yeni "Fintek" layihəsi çərçivəsində özündə həm bank, həm də mobil rabitə imkanlarını birləşdirən "Azercell" rəqəmsal kartı şirkətin rəsmi saytında öncədən sifariş prosesindən keçən məhdud abunəçi qrupu üçün artıq aktiv edilir.
azxeber.com xəbər verir ki, abunəçilər "Kabinetim" tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək rəqəmsal kartın aşağıdakı ilkin xidmət çeşidlərindən yararlana bilər:
Kartın və cüzdanın aktivləşdirilməsi – Kabinetim tətbiqi daxilində Azercell xidmət və satış mərkəzlərinə gəlmədən və heç bir fiziki sənəd imzalamadan rahat və tez bir şəkildə Rəqəmsal Karta qoşulma imkanı.
"Müştərini tanı" (KYC) verifikasiyası – Real zaman rejimində üztanıma texnologiyaları əsasında ucdan-uca rəqəmsal identifikasiya imkanı.
"Apple Pay" - ödəniş kartını üçüncü tərəflərə ötürmədən rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş həyata keçirmək imkanı.
Kartdan karta köçürmə (Card to Card) – ölkədaxili istənilən bank kartına heç bir xidmət haqqı tutulmadan kartdan-karta köçürmə etmək imkanı.
Cüzdandan cüzdana köçürmə (Wallet to wallet) – Azercell Rəqəmsal kartının istifadəçiləri arasında bir cüzdandan digər cüzdana heç bir xidmət haqqı tutulmadan vəsait köçürmə imkanı.
Tətbiq daxilində balansın artırılması – digər bank tətbiqinə keçmədən cüzdanın balansını artırmaq imkanı.
Kommunal ödənişlər – heç bir xidmət haqqı tutulmadan kommunal ödənişlər etmək imkanı.
Layihənin sonrakı gedişatı ilə rəqəmsal kartın təqdim edəcəyi imkanların sayı da genişlənəcək.
Müştərilərə hərtərəfli rəqəmsal təcrübə təklif edən rəqəmsal kart üçün öncədən sifariş iyul ayından etibarən mümkün olub və xidmətin aktiv edilməsi prosesi növbəli şəkildə həyata keçiriləcək.
Həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulan "Fintek" layihəsi PAŞA Bank, Visa və AzInTelecom əməkdaşlıq çərçivəsində həyata keçirilir. PAŞA Bank, eyni zamanda rəqəmsal kartın emitenti qismində çıxış edir.

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"