"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

"AzerGold" QSC Naxçıvan Muxtar Respublikasının mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin International Resources Holding (IRH) şirkəti ilə əməkdaşlıq edəcək.
azxeber.com xəbər verir ki, əməkdaşlıq çərçivəsində Naxçıvan ərazisində, ilk növbədə, strateji əhəmiyyət daşıyan və iri miqyaslı kritik metal perspektivlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində birgə geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur.
Bu məqsədlə "AzerGold" QSC və IRH-in törəmə şirkəti "Terra Mining Ltd" arasında "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş" imzalanıb.
Sənəd 14 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri cənab Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması mərasimi zamanı rəsmiləşdirilib. Sazişi "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və IRH-in Baş icraçı direktoru Əli Rəşid Əl-Rəşdi imzalayıblar.
Əməkdaşlıq çərçivəsində işlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. İlkin mərhələdə mövcud geoloji məlumatların təhlili, müasir geoloji kəşfiyyat və tədqiqat metodlarının tətbiqi, perspektivli sahələrin və potensial hədəflərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
İlkin axtarış-qiymətləndirmə işlərinin nəticələri müsbət olduğu təqdirdə, növbəti mərhələdə dəqiq kəşfiyyat aparılacaq, daha sonra isə birgə hasilat imkanları və bu istiqamətdə əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, İRH şirkəti mədən aktivlərinin qiymətləndirilməsi və inkişafı sahəsində beynəlxalq təcrübəyə sahibdir və hazırda bu istiqamətlər üzrə Afrika, Cənubi Asiya və Yaxın Şərq regionlarında fəaliyyət göstərir.
Şirkətin texniki və investisiya imkanlarının "AzerGold"un təcrübəsi ilə birləşdirilməsi Naxçıvanın mineral-xammal potensialının müasir beynəlxalq yanaşmalar əsasında daha dərindən öyrənilməsi üçün əlavə imkanlar yaradacaq.
"AzerGold" və IRH arasında əməkdaşlığın perspektivli nəticələrinin Muxtar Respublikada yeni investisiya imkanlarının formalaşmasına, mədən sənayesində əlavə dəyərin və məşğulluğun artmasına, regionun iqtisadi fəallığının genişlənməsinə və Azərbaycanın qeyri-neft sektorunun inkişafına əlavə töhfələr verməsi nəzərdə tutulur.

İqtisadiyyat       Tarix: 16 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Azercell-in tərəfdaşlığı ilə "SHE - Gələcəyin toxuması" adlı tədbir keçirilib - FOTOLAR

Azercell-in tərəfdaşlığı ilə Azərbaycan İşgüzar Qadınlar ("Azerbaijan Business Women") təşkilatının təsis etdiyi "SHE" platforması çərçivəsində "Gələcəyin toxuması" ("Fabric of the Future"

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib

Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişikli


son xeberler yeni xeberler azerbaycan xeberleri meherremlik 2026 hava bugunun xeberleri cəbhədən yeni xəbərlər