AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

AzerGold"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib.
Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xalq yaradıcılığını əks etdirən milli ornamentlərdən istifadə olunub.
Sikkənin əsas kompozisiya elementlərindən biri XIX əsrin sonlarına aid Kəlbəcərin qədim xovsuz məfrəşinin ornamentidir. Məfrəş qədim xalçaçılıq texnikası ilə toxunan, məişət əşyalarının saxlanılması və daşınması üçün istifadə edilən ənənəvi xalça məmulatıdır.
Kompozisiyanı əhatə edən haşiyə isə Kəlbəcərin qədim arıçılıq ənənələrinə, məşhur dağ balına və bölgənin zəngin təbii resurslarına işarə edən arı pətəyi motivindən ilhamlanıb.
Kolleksiyanın digər diqqətçəkən elementi sikkənin yuxarı və aşağı hissəsində yerləşən 17 simmetrik xətdir. Bu xətlər ənənəvi sazın pərdələrini simvolizə etməklə Kəlbəcərin qədim aşıq sənəti və saz ifaçılığı ənənələrinə istinad edir.
Kəlbəcərə həsr olunan xatirə sikkəsi bölgənin təbiətini, tarixini və milli-mədəni irsini müasir numizmatika sənəti vasitəsilə əks etdirən kolleksiya nümunəsidir. Sikkənin konsepsiyasında Kəlbəcərin tarixi yaddaşı ilə yanaşı, bölgənin yenidən dirçəlişi və gələcəyə baxışı da ifadə olunub.
Qeyd edək ki, yeni kolleksiya "AzerGold" QSC-nin təşəbbüsü ilə istehsal olunan xatirə sikkələri seriyasının növbəti nümunəsidir. Məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 999.9 əyarda, müxtəlif çəkilərdə hazırlanıb. Qızıl sikkələr 5, 10 və 20 qram, gümüş sikkə isə 20 qram çəkidə təqdim olunur.
Kəlbəcər kolleksiyasını "AzerGold" QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, həmçinin şirkətin onlayn satış platformasından əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycanda hasil olunan qızıl və gümüşdən müxtəlif dizaynlarda sikkələrin, eləcə də qızıl külçələrin istehsalına 2018-ci ildə başlanılıb. Məhsullar 2019-cu ildən etibarən yerli pərakəndə satış bazarına təqdim edilir. Hazırda "AzerGold" QSC-nin məhsul portfelində 15 qızıl və 12 gümüş olmaqla, ümumilikdə 27 kolleksiya yer alır. / azxeber.com

İqtisadiyyat       Tarix: 02 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı

Türkiyənin dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarında bazar lideri olan Derimod 50 ildən artıq brend tarixini və pərakəndə satış təcrübəsini beynəlxalq böyümə strategiyasına daşıyır. "Vision 2030" strategiyas

"Unibank" üçüncü rübün maliyyə nəticələrini açıqladı

"Unibank" KB 2026-cı ilin üçüncü rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib. Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 33 milyon manat olub

Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər

Türkiyənin Qaziantep şəhərində Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyası işə başlayıb. Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızısta

Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır?

Mənzil almaq istəyənlər üçün sərfəli seçimlər: hansı ərazilərdə münasib qiymətə ev tapmaq olar?. Mənzil sahibi olmaq istəyirsənsə, seçim edərkən yalnız evin qiymətinə deyil, ilkin ödənişə, ödəniş imkanlarına və ərazinin üstünlüklərin

Bu vətəndaşların kredit borcu silinəcək

Kredit götürən hər bir vətəndaşı çətin maliyyə vəziyyətinə düşdükdə borcun silinməsi ehtimalı və bunun hüquqi əsasları maraqlandırır. Azərbaycan qanunvericiliyinə əsasən, bank kreditlərinin avtomatik bağışlanması mexanizm

Bu il qızıl nə qədər ucuzlaşıb?

Mərkəzi Bankın bu gün açıqladığı məlumata görə, qızılın bir qramının qiyməti 226 manat 76 qəpiyə bərabər olub. -a istinadla xəbər verir ki, bir qram qızılın qiyməti bu ilin yanvar ayından ötən son 9 ayda 25,6% və ya 78 mana

AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır. Ətraflı məlumat əldə etmək üçün: . Bank, 2026-cı ilin 3-cü rübün sonun

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Pensiyalar bu tarixdə ödəniləcək - Rəsmi

Oktyabrın 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri en son xeber xeber.az zelzele