"Azəriqaz" İB-nin baş direktoru: "İşbazların ortada qalması yolverilməzdir

"Azəriqaz" İB-nin baş direktoru: "İşbazların ortada qalması yolverilməzdir"
Yasamal rayonu, Tbilisi prospekti, 3166-ci məhəllədə yerləşən "Şakir MTK"ya məxsus binada yaşayan sakinlərin qanunsuz olaraq mənzillərə qaz verilməsi ilə bağlı şikayətinə baxılıb.
Bu barədə Oxu.Az-a "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev podratçı təşkilatın vədlərinə aldanaraq 2020-ci il yanvar ayının 6-dan qazdan qanunsuz olaraq istifadə edən Yasamal rayonu, Tbilisi prospekti, 3166-ci məhəllədə yerləşən "Şakir MTK"-ya məxsus binanın sakinlərini qəbul edib.
Məlumat verilib ki, heç bir qaz açılışına razılıq olmadan, təhlükəsizlik qaydalarına əməl edilmədən, sayğaclar möhürlənmədən, kart alınmadan podratçı təşkilat tərəfindən bu qurğulara müdaxilə edilməklə qaz açılıb. Aşkarlanan qanunsuzluğa görə qaz təchizatı dayandırılıb.
"Azəriqaz" İB-nin rəhbərliyi vətəndaşların yaranmış durumdan əziyyət çəkməməsi üçün dərhal məsələyə reaksiya verib. Baxmayaraq ki, binadakı qazlaşma işlərində qüsurlar mövcuddur, lakin soyuq aylarda sakinlərin əziyyət çəkməməsi üçün elə görüşün gedişatında dərhal işçi qrupun yaradılmasına göstəriş verilib. Artıq binada 2 gündür ki, sərfiyyatı qeydə almadan qüsurla işləyən sayğaclar yenisi ilə əvəzlənir, qaz açılışı təmin olunur. Lakin sakinlərlə "Azəriqaz" İB-ni üz-üzə qoyan podratçı təşkilat da cəzasız qalmayacaq. Düşdükləri duruma görə sakinlərin də öz haqlarını müvafiq tikinti şirkətindən tələb etməsini vacib sayan "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev rəhbərlik etdiyi qurumun məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib:
"Biz onunla bağlı müvafiq tədbiri görəcəyik. Lazımi orqanlara müraciət olunacaq. Bu işbaz sizi aldadaraq bunu edib. Çünki o neçə ildir ki, fəaliyyət göstərir. Qazın verilmə qaydasını, açılışını da yaxşı bilir. Yəni bu, birinci hal deyil. Onunla bağlı bir dəfə də hüquq-mühafizə orqanlarına müraciətimiz olub. Bu gün belə adamların, işbazların ortada qalması yol verilməzdir. Bu gün siz ona rast gəlmisiniz, sabah da başqaları üçün problem yaradar".
Məlumat üçün qeyd edək ki, bu binada 170 mənzil var. Podratçı təşkilat əlaqədar qurumları məlumatlandırmadan qanunsuz olaraq 80-ə yaxın mənzilə qaz açıb.
"Azəriqaz" İB-nin baş direktoru: "İşbazların ortada qalması yolverilməzdir"Azəriqaz" İB-nin baş direktoru: "İşbazların ortada qalması yolverilməzdir"Azəriqaz" İB-nin baş direktoru: "İşbazların ortada qalması yolverilməzdir

Sosial       Tarix: 03 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. . xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məluma

Leyla Əliyeva Yevlaxda - Fotolar

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Yevlaxa səfər edib. xəbər verir ki, o, bu barədə görüntüləri instaqram hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik:

Xanım deputata ağır itki

Deputat Səbinə Salmanovaya ağır itki üz verib. -un "Unikal"a istinadən məlumatına görə, mərhumun atası Qədir Salmanov dünyasını dəyişib. Mərhum sabah Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılacaq. 3 mərasim

Meteohəssas insanların nəzərinə

İyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar

Bəzi kolbasa məhsullarında at əti aşkarlanıb. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birg

70 yaşlı Ağalarovun gənc xanımı öz biznesindən danışdı

70 yaşlı milyarder Araz Ağalarovun 27 yaşlı xanımı Alyona Ağalarova ilk dəfə şəxsi biznesindən söz açıb.  Spletnik-ə istinadla xəbər verir ki, o, müsahibəsində qeyd edib:. "Ev tekstili brendi yaratmaq ideyası şəxsi ehtiyaclarımda

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Faciəvi şəkildə həlak olan DSX əsgərinin - Fotosu

Xəbər verdiyimiz kimi, Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun olduğu avtomobil sürüşərək çaya düşüb və o boğularaq həlak olub. "Qafqazinfo"y


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com valyuta en son xeberleri xeberler azerbaycan