"Azəriqaz"dan əhaliyə MÜRACİƏT

"Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru istehlakçılara müraciət edib.
Azxeber.com-un məlumatına görə, müraciətdə bildirilir ki, abonentlərimizə münasibətdə qazın istifadəsi nəticəsində yaranmış borcun ödənilməsi ilə əlaqədar problemlərin həlli istiqamətində əsasən danışıqlar yoluna üstünlük verilir, bu mümkün olmadıqda isə məhkəmə qaydasında məsələyə baxılır.
"Belə məsələlərdən biri də Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1560/2020 iş nömrəsi üzrə 18.08.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi təşkil edir. Cəlilabad rayonu Komanlı kənd sakini cavabdeh Əbilov Xosrov Təvəkgül oğlu tərəfindən Birliyin xeyrinə cəmi 338 manat pul ödənilməsinin qət olunmasına baxmayaraq, cavabdeh borcun ödənilməsindən boyun qaçırır. AR "Qaz təchizatı haqqında" Qanunun 13,6 maddəsi və AR NK-nin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"nın 6.1.4 yarımbəndinə görə istifadə olunmuş qazın dəyərinin ödənilməməsi qazın verilişinin dayandırılması üçün əsasdır.
Qanuni qüvvə almış qətnaməni rəhbər tutaraq, sahə üzrə qanunvericiliyin tələbləri gözlənilərək 22.09.2021-ci il tarixdə qazın verilişinin dayandırılması ilə əlaqədar işlər icra edilərkən cavabdeh 1966-cı il təvəllüdlü qaynaqçı Fərəcov Mətləb Aşur oğluna müxtəlif dərəcəli bədən xəsarəti yetirmiş, onun üst paltarını cıraraq yararsız hala salıb. Baş vermiş olay müvafiq qaydada aktlaşdırılmış və X.Əbilovun hərəkətindən hüquq-mühafizə orqanına şikayət edilib.
Məlum olduğu kimi qanunvericiliyin tələblərinin gözlənilməsi bütün fiziki və hüquqi şəxslərin, o cümlədən qaz təchizatı ilə əlaqədar yaranmış münasibətlərin iştirakçıları olan həm qaz paylayıcısı, həm də istehlakçı üçün əsas vəzifədir. Nəticə etibarı ilə mən də daxil olmaqla hamımız istehlakçıyıq. Bu prizmadan da irəli gələrək istehlakçıların müraciətlərinə (təklif, istək, şikayət, təşəkkür) daim açıq və əlçatanıq, onlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşırıq. Unutmayaq ki, təhqirə və fiziki təzyiqə məruz qalan işçimiz də bir istehlakçı, valideyn, övlad və Azərbaycan vətəndaşıdır. "Azəriqaz" İstehsalat Birliyi dövlət müəssisəsi olaraq öz koorporativ maraqlarını insan və vətəndaşın hüquqlarının üzərində deyil, onların bir istehlakçı kimi hüquqlarının, maraq və mənafelərinin qorunması üzərində qurur.
Vətəndaş cəmiyyətində müsbət davranış modelinin formalaşdırılması üçün sosial şəbəkələrin imkanlarını, bu şəbəkədə təmsil olunan, o cümlədən sahə üzrə nüfuz sahibi olan iştirakçıların rolunu nəzərə alaraq, sizlərə səslənərək xahiş edirəm:
- zorakılığın hər hansı bir formasına dözümsüzlük nümayiş etdirilməsində, onların ictimai qınanmasında;
- qarşılıqlı anlaşma və hörmət əsasında problemlərin həll olunmasında bundan sonra da səylərinizi əsirgəməyin", - deyə müraciətdə qeyd edilib.

Sosial       Tarix: 28 sentyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


son xeberler azerbaycan xeberleri yeni xeberler hava haqqinda son.xeber sonxəbərlər sonxəbər