"Azəriqaz"ın direktoru vətəndaşları qəbul edib - FOTO

"Azəriqaz"ın direktoru vətəndaşları qəbul edib - FOTO"Azəriqaz"ın direktoru vətəndaşları qəbul edib - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Mingəçevir şəhərinin, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Yevlax rayonunun, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Zərdab rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
Bu barədə "Azəriqaz"dan məlumat verilib.
Məlumata görə, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Müraciətlər zamanı fərdi şəkildə qaz çəkilişi, küçə qaz xətlərinin, eləcə də qapı keçidlərinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub. Bundan başqa, sentyabrın 27-də başlayan işğaldakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində iştirak edən 2 əsgər və şəhid ailəsinin üzvləri də fərdi şəkildə qaz çəkilişinə köməklik göstərilməsini istəyib. Baş direktor R.Əliyev qaldırılan məsələlərin həlli, xüsusilə də əsgər və şəhid ailələrinin müraciətlərinin dərhal həll edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
"Azəriqaz" rəhbəri Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan rayonlarda Vətən müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində qaz təsərrüfatına dəyən ziyanla maraqlanıb. Ona məruzə olunub ki, hazırda Ağdam, Ağcabədi, Bərdə, Beyləqan və Füzuli rayonlarında qaz təchizatına dair hər hansı problem qalmayıb.
Yalnız Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsində qaz xətlərinə və sayğaclara ciddi ziyan dəyən 34 binada təmir prosesinə ehtiyac var. Bu binalarda yaşayan 1 100 abonentin qaz şəbəkəsi, demək olar ki, sıradan çıxıb. Baş direktor Ruslan Əliyev bu çətinliyin tezliklə aradan qaldırılması üçün Bakıdan tikinti heyətinin və lazımi təchizat avadanlıqlarının bölgəyə ezam ediləcəyini bildirib.
"Azəriqaz"ın direktoru vətəndaşları qəbul edib - FOTO"Azəriqaz"ın direktoru vətəndaşları qəbul edib - FOTO

Sosial       Tarix: 20 noyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm


yeni xeberler azerbaycan xeberleri son xeberler en yeni xeberler krimnal xeber bugünkü son xəbərlər siyaseti xeberler bugun