"Azərişıq": "Cənub rayonlarının mərkəzlərində elektrik enerjisinin verilişi bərpa edilib
Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təminatı bərpa olunub.
Bu barədə azxeber.com-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilir ki, hazırda qurum cənub rayonlarında baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır.
"İki gün ərzində yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Cəlilabad, Masallı, Lənkəran və Astaranın elektrik təsərrüfatında böyük fəsadlar yaradıb. Yağan qarın ağırlığı və külək çox sayda ağacların aşaraq xətlərin üzərinə düşməsinə səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində şəhər mərkəzlərində bəzi küçə və məhəllələr, eləcə də bəzi kəndlər işıqsız qalıb", - deyə "Azərişıq"dan bildirilib.
Qeyd olunub ki, Səhmdar Cəmiyyətin regionlardan əməkdaşları və paytaxtdan ərazilərə göndərilən qəza xidmətinin əməkdaşları ilk gündən iş başındadırlar: "Əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər. Qarın ağırlığına tab gətirməyərək aşmış ağacların müəyyən qurumlar tərəfindən təmizlənməsi əlavə vaxt tələb edir. Buna baxmayaraq qəza xidmətlərimiz qəza baş vermiş ərazilərdə işləri fasiləsiz davam etdirir. Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təmin olunub. Bəzi dağ kəndlərində 0,4 kV-luq xətlərin bərpası tamamlanmaq üzrədir. Qeyd edilən kəndlərdə yaxın saatlarda elektrik enerjisinin verilişi tamamilə bərpa ediləcək".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR