"Azərişıq" son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO/VİDEO

"Azərişıq" son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO/VİDEO"Azərişıq" son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO/VİDEO
"Azərişıq" ASC-nin əməkdaşları əraziyə baxış keçirən zaman bəzi abunəçilərin "Elektrik enerjisindən istifadə Qaydaları"nı ciddi şəkildə pozduqlarını aşkar edib.
Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.
Onun sözlərinə görə, elektrik enerjisindən kənar xətlə istifadə, sayğaca müdaxilə, sayğac möhürlərinin pozulması halları aşkarlanaraq aktlaşdırılıb.
Son günlər 19 belə faktla bağlı barələrində müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunub. Aşkarlanan qüsurlarla əlaqədar son faktlar aşağıdakılardır: 
1. Paytaxtın Xətai rayon sakini Səmədov Rəşid -  fərdi yaşayış evinə məxsus sayğac keçən yükü qeyd etmir. Nəticədə müəyyən olunub ki, sayğacın daxilinə pultla idarə olunan qurğu yerləşdirilib.
2. Paytaxtın Nizami rayon sakini Məmmədov Kəramət - fərdi yaşayış evinə məxsus sayğac yerində yoxdur və işlədicilər şəbəkəyə birbaşa qoşulub.
3. Bakının Xəzər rayon sakini Səfərov Nazim - baxış keçirilən zaman məlum olub ki, abonentin fərdi koduna uyğun dövlət nişanlı sayğac yerində yoxdur, əvəzinə həmin kodda başqa sayğac quraşdırılıb.
4. Xırdalanda Şükür və Rafael Məmmədrzayev qardaşlarına məxsus ticarət obyektinə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Elektrik enerjisindən xətdən kənar istifadə edilir. 
5. Sumqayıt şəhər sakini Nəcəfov Məhərrəmə məxsus obyektə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Nəticədə müəyyən edilib ki, sayğac yanıb, işlədicilər şəbəkəyə birbaşa qoşulub.
"Hər bir istehlakçı bilməlidir ki, uçot cihazlarına müdaxilə olduğu zaman bu hal sayğacın yaddaş kartı tərəfindən qeydə alınır və laborator qaydada müasir proqramların köməyi ilə müdaxilənin tarixi və forması çox asanlıqla müəyyən edilir. Odur ki, bu gün aşkarlanmayan qüsur yoxdur. İstehlakçılarımıza bir daha tövsiyə edirik ki, bu tipli neqativ hallardan çəkinməklə qanun pozuntularına yol verməsinlər! Çünki, bu kimi talançılıq faktları barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada bundan sonra da müraciətlər ünvanlanacaq. Hüquq mühafizə orqanlarına da təşəkkür edirik, dərhal müraciətlərə reaksiya verib, tədbirlər görürlər. Qanunsuz yola baş vuranların adları isə mütəmadi olaraq mediaya təqdim olunacaq", - deyə V.Mustafayev əlavə edib.

"Azərişıq" son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO/VİDEO"Azərişıq" son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO/VİDEO"Azərişıq" son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO/VİDEO"Azərişıq" son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO/VİDEO"Azərişıq" son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO/VİDEO

Sosial       Tarix: 25 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər xəbərlər.com hava haqqinda xeber.az