"Azərsu" Dünya Bankına borcunu bağladı
"Azərsu" ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 255,329 milyon manat təşkil edib.
KONKRET.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,8 % azdır.
Hesabat dövründə "Azərsu"yun Dünya Bankına borcu 100 % azalıb. Belə ki, qurum ötən il Banka 3,843 milyon manat borc qaytarıb.
Səhmdar cəmiyyətinin Maliyyə Nazirliyinə borcu 8,3 % artaraq 160,813 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 10,1 % azalaraq 52,759 milyon manat, Fransanın korporativ və investisiya bankı "Natixis"ə borcu 18,4 % azalaraq 26,507 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu isə 7,9 % azalaraq 15,25 milyon manat olub.
Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz və illik 1%-lə, KfW illik 0,75%-lə, "Natixis" illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə verib.
Xatırladaq ki, "Azərsu" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi