"Azərxalça": 'Qanun pozuntuları keçmiş rəhbərlik dövründə baş verib

"Bu gün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən açıqlanan 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir".
azxeber.com xəbər verir ki, bu barədə "Azərxalça"nın Maliyyə Nazirliyinin adıçəkilən qurumda yeyinti hallarının aşkar edilməsi ilə bağlı yaydığı məlumatla bağlı açıqlamasında deyilir.
"Maliyyə Nazirliyinin hesabatında "Azərxalça" ASC ilə bağlı qeyd edilmiş xoşagəlməz hadisələr keçmiş rəhbərlik dövründə baş verib.
09 yanvar 2021-ci il tarixdə "Azərxalça" ASC İdarə Heyətinin keçmiş sədri Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. V.Muradov barəsində irəli sürülmüş maddələrlə təqsirli bilinib", - açıqlamada vurğulanır.
Qeyd edək ki, bu gün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin hesabatında ötən il "Azərxalça" ASC-də aparılan nəzarət tədbirləri zamanı bir sıra qanun pozuntularının aşkar olunması haqqında məlumat yayılıb.
Məlumatda deyilir ki, Cəmiyyətin satın aldığı iplik xammalın vahidinin qiymətinin digər müəssisələrin təklif etdiyi eyni keyfiyyətli iplik xammalın qiymətindən çox yüksək olması, tikinti işlərində istifadə edilən materialların qiymətlərinin bazar dəyərindən çox göstərilməsi, Cəmiyyətin 20 rayonda xalça toxuma emalatxanasının, yun tədarükü məntəqələrinin və Yunəyirici-Boyaq Fabrikinin tikintisində iş həcmlərinin şişirdildiyi, eləcə də bu yolla podratçı təşkilatlara xeyli məbləğdə artıq vəsaitin ödənildiyi aşkarlanıb.

Sosial       Tarix: 11 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes son xabar butun xeberler valyuta mezenesi