Azyaşlı azərbaycanlı bloqer Ermənistanın faşist siyasətinə etirazını bildirib - VİDEO

Azyaşlı azərbaycanlı bloqer Ermənistanın faşist siyasətinə etirazını bildirib - VİDEOAzyaşlı azərbaycanlı bloqer Ermənistanın faşist siyasətinə etirazını bildirib - VİDEO
İsveçrədə yaşayan 13 yaşlı azərbaycanlı bloqer Ilkin Səfərli Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasətinə etiraz əlaməti olaraq dünya ictimaiyyətinə müraciət edib.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Cenevrədəki beynəlxalq məktəbdə təhsil alan yeniyetmə soydaşımız Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğal edildiyi, 30 ildir həmin bölgədə qeyri-qanuni qondarma rejimin fəaliyyət göstərdiyi, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz istiqamətindəki dövlət sərhədinə hücum etdiyi, Azərbaycan diasporunun xaricdə keçirdiyi etiraz aksiyaları barədə ətraflı məlumat verib. Onun müraciəti görüntülərlə və məntiqli suallarla müşayiət olunub.
O, Tovuz təxribatından sonra dünya azərbaycanlılarının xarici ölkələrdə dinc və sivil qaydada etiraz aksiyaları keçirdiyinə, özünün də azərbaycanlı icmasının BMT-nin Cenevrədəki mənzil-qərargahının qarşısında gerçəkləşdirilən mitinqdə iştirak və çıxış etdiyinə, xalqımızın sülh yolu ilə haqqı tələb etdiyinə diqqəti cəlb edib.
Azərbaycan diasporunun Ermənistanın faşist mahiyyətli siyasətinə qarşı bütün dünyada ayağa qalxmasından sonra ermənilərin barbar və terrorçu xisləti ilə Los-Ancelesdə, Brüsseldə və Londonda azərbaycanlı etirazçılara hücum etdiklərini, Kiyevdə gecə dörd tələbəni güllələyərək, yaraladıqlarını vurğulayıb.
Bloqer azərbaycanlıların və ermənilərin aksiyalarını müqayisə edib. Bu zaman onun təqdim etdiyi görüntülərdə azərbaycanlıların bütün hüquqi və davranış qaydalarına riayət etməsi, ermənilərin isə Azərbaycanın dövlət bayrağına qarşı yolverilməz və təhqiramiz hərəkətləri, onların soydaşlarımıza hücumları nümayiş etdirilib.
Azyaşlı soydaşımız dünya ictimaiyyətinə müraciət edərək, torpaqlarımızın erməni işğalından dinc yolla azad edilməsinə və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına çağırış edib.
Onun çıxışı "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Mən Azərbaycandanam və biz sülh istəyirik!" şüarları ilə yekunlaşıb.

/oxu.az

Siyasi       Tarix: 04 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun