Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Bağça müəllimlərinin sertifikasiyası bu il noyabrda olacaq.
azxeber.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Agentlik direktorunun sözlərinə görə, bir ay əvvəldən tərbiyəçilərə məlumat göndəriləcək.
Eşqi Bağırov, həmçinin qeyd edib ki, ucqar kəndlərdə uşaqların məktəbəqədər təhsillə əhatəsi üçün icma əsaslı qruplar üzrə bu il 34 minə yaxın yer ayrılıb. Onun sözlərinə görə, valideyn-dövlət-özəl tərəfdaşlığı üzrə özəl bağçalarda isə bu il 10 minə yaxın yer ayrılıb.
"Uşaqların məktəbəqədər təhsillə əhatələnməsi hələ qane edici səviyyədə deyil. Biz PISA nəticələrində və 4-cü, 6-cı siniflərin monitorinq nəticələrində məktəbəqədər təhsilin şagirdlərin nailliyətlərinə təsirini aydın görürük. Məqsədimiz məktəbəqədər təhsilin əhatəsini genişləndirməkdir", - o, əlavə edib.

ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür