Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı

Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandıDövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə qiymətləndirmə çərçivəsi təqdim edilib.
azxeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim olunacaq.
Sertifikatlaşdırmanın əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən, ali və ya orta ixtisas təhsilli təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşəyə yararlılığını obyektiv qiymətləndirməkdir. Proses, həmçinin məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına xidmət edir.
Qiymətləndirmə çərçivəsi dörd əsas istiqaməti əhatə edir:
Məzmun və metodika:
Erkən uşaqlıq dövrü və məktəbəqədər təhsil üzrə pedaqoji, psixoloji biliklərə və metodiki bacarıqlara malik olmaq;
Müəllimyönümlü və uşaqyönümlü yanaşmaları fərqləndirmək, uşaqyönümlü təlimə üstünlük vermək;
Təlim prosesini idarə etmək, qiymətləndirmək və proqnozlaşdırmaq.
Təhlükəsizlik:
Uşaqların sağlamlığının qorunmasını, gigiyena qaydalarına əməl olunmasını və ilkin tibbi yardımın göstərilməsini təmin etmək;
Yanğın, zəlzələ, terror aktı və digər təhlükəli vəziyyətlər zamanı müvafiq tədbirlər görmək;
Uşaqları zorakılıq və sosial qısnama hallarından qorumaq;
Məlumat təhlükəsizliyini və məxfiliyi təmin etmək.
Pedaqoji etika və əməkdaşlıq:
Pedaqoji kollektivlə qarşılıqlı əməkdaşlıq qurmaq;
Valideynlərlə konstruktiv ünsiyyət saxlamaq;
Etik davranış qaydalarına riayət etmək;
Öz hüquqlarını bilmək və qanuni yollarla müdafiə etmək.
Özünüinkişaf:
Metodik işin təşkilini həyata keçirmək;
Özünütəhlil, tədqiqatçılıq və özünütəhsil bacarıqlarına malik olmaq;
Özünüidarə və özünübərpa, o cümlədən stresə davamlılıq bacarıqlarını inkişaf etdirmək və tətbiq etmək.
Agentliyin məlumatına görə, çərçivə sənədi təhsilverənlərin peşə keyfiyyətlərinin vahid meyarlar əsasında qiymətləndirilməsinə və bu sahədə obyektiv məlumat bazasının formalaşdırılmasına imkan verəcək.

Sosial       Tarix: 03 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kredit götürüb xaricə qaçsaq nə olar?

"Böyük kredit götür, xaricə get, bir də geri qayıtma" – bu fikir az qala xalq arasında zarafata çevrilib. Bəs doğrudanmı, bankdan külli miqdarda borc götürüb ölkəni tərk etməklə məsuliyyətdən qurtulmaq mümkündür?

Bakıda yaşlı qadını avtomobil vurdu

Bakıda 70 yaşlı qadını avtomobil vurub. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Yaqut Əbdülməmmədova yolu keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanay

Bunu etsəniz, hər gün cərimə ödəyəcəksiniz! – DİQQƏT

Kredit götürən şəxsin həyatının sığortası üzrə ödənişin verilməsi üçün sənədlər tamamlandıqdan sonra sığorta şirkətinin cəmi 7 iş günü vaxtı var. Trend-ə istinadən xəbər verir ki, şirkət bu müddətdə pulu ödəməsə, gecikdirilə

Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri

Qış mövsümü yaxınlaşdıqca qarderobu yeniləmək istəyənlərin diqqəti yeni dəb trendlərinə yönəlir. 2026-2027-ci ilin payız-qış kolleksiyalarında rahatlıq, zəriflik və fərqli detallarla seçilən geyimlər ön plana çıxır. Bu mövsü

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Respublikanın avtomobil yollarında vəziyyət açıqlanıb. -a bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumatına əsasən noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistra

"Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur" – Deputat

"Əgər ölkəmizdə aqrar sahə üzrə diplomlu, lakin iş axtaran məzunların sayı bu qədərdirsə və eyni zamanda aqroparkların ehtiyaclarını ödəmək üçün xaricdən mütəxəssis cəlb edilməsinə xüsusi hüquqi şərait yaradılırsa, deməli

Cəlilabadda ağır qəza: Xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəza rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ-2106 və VAZ-21011 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsind

Qaytarıla bilməyən kreditlər bağlanacaq

Azərbaycanda işini itirən vətəndaşların kredit borclarının sığorta şirkətləri tərəfindən qarşılanmasına imkan verən yeni mexanizmin tətbiqi gözlənilir. Bu qaydalar çərçivəsində müəyyən hallarda borcalanın ödəyə bilmədiy

Baş nazir maaşlarla bağlı qərar imzaladı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçili


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber son xəbərlər bugün 2026 son xeberler bugun xəbər.az