Qaytarıla bilməyən kreditlər bağlanacaq

Qaytarıla bilməyən kreditlər bağlanacaqAzərbaycanda işini itirən vətəndaşların kredit borclarının sığorta şirkətləri tərəfindən qarşılanmasına imkan verən yeni mexanizmin tətbiqi gözlənilir. Bu qaydalar çərçivəsində müəyyən hallarda borcalanın ödəyə bilmədiyi kredit öhdəliyinin tam və ya bir hissəsinin sığorta hesabına bağlanması nəzərdə tutulur.
KONKRET.azxəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, Mərkəzi Bank tərəfindən kredit risklərinin sığortalanması ilə bağlı qaydalar hazırlanıb və onların yaxın müddətdə tətbiqi gözlənilir:
"Borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu, Mərkəzi Bankın qaydaları ilə tənzimlənir. Yeni qaydalar isə birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur.
Bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur, yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir və nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik yaranır.
Kreditin və ya kredit riskinin sığortalanması belə hallar baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə imkan verəcək. Kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq".
Deputatın sözlərinə görə, yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi əsasında çalışan şəxslərə şamil ediləcək. Şərtlərin "İşsizlikdən sığorta haqqında" Qanunun tələblərinə uyğun olması gözlənilir.
"Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi şəkildə təklif edilməsi planlaşdırılır. İstehlak krediti götürən şəxslərin bu sığorta xidmətindən istifadə etməsi könüllü olacaq, yəni müştəri seçim etməkdə sərbəstdir", – deputat bildirib.
O əlavə edib ki, sığorta hadisəsi baş verdikdə kreditin tam və ya qismən sığorta şirkəti tərəfindən ödənilməsi həyata keçiriləcək. İş yerinin ləğvi, ştatların ixtisarı, əmək müqaviləsinin müddətinin başa çatması, müəssisənin mülkiyyətçisinin dəyişməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi nəzərdə tutulan sığorta hadisələri sırasındadır.
V.Bayramov vurğulayıb ki, sığortadan istifadə kredit götürən üçün əlavə xərc yaratsa da, bankların faiz dərəcələrini azaltması bu artımı kompensasiya edə bilər.
"Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün tətbiqi halında kredit xərclərindəki artımı kompensasiya edə bilərlər. Bu halda kredit götürən üçün ciddi xərc yaratmadan bu sığorta növünün tətbiqi mümkündür.
Mərkəzi Bankın da son açıqlamaları göstərir ki, bu sığorta növü tətbiq olunan zaman banklar kreditlər üzrə faizlərin azaldılmasına gedəcəklər. Çünki kredit risklərinin sığortalanması bankların birbaşa və eləcə də dolayı xərclərinin azalmasına gətirib çıxarır. Yəni, işsizlikdən sığortanın tətbiq olunduğu kreditin faiz dərəcəsi adi kreditlərin faizindən aşağı olacaq. Bu isə sözügedən sığorta növündən istifadəni stimullaşdıracaq", – deputat fikirlərini yekunlaşdırıb.

Sosial       Tarix: 03 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır

Gələn ildən etibarən Azərbaycanın bütün şəhər və rayonlarının yerli xərclərini öz gəlirləri hesabına qarşılaması nəzərdə tutulur. 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapan bu yanaşma regionların maliyyə imkanlar

Azərbaycanda yeni böyük bank yaranacaq

Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektorunda konsolidasiya proseslərini, o cümlədən bankların birləşməsi və satın alınmasını dəstəkləyir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, maliyyə sektorunun strukturund

Bunu etsəniz, hər gün cərimə ödəyəcəksiniz! – DİQQƏT

Kredit götürən şəxsin həyatının sığortası üzrə ödənişin verilməsi üçün sənədlər tamamlandıqdan sonra sığorta şirkətinin cəmi 7 iş günü vaxtı var. Trend-ə istinadən xəbər verir ki, şirkət bu müddətdə pulu ödəməsə, gecikdirilə

Kartof alarkən nəyə diqqət etməliyik? - Bunu bilməmək təhlükəlidir

Sosial şəbəkələrdə kartofun tərkibində normadan artıq nitrat olduğu iddia edilən videonun yayılması istehlakçılar arasında narahatlıq yaradıb. Bəs kartofda nitratın miqdarını adi gözlə müəyyənləşdirmək mümkündürmü? İstehlakçıla

Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb

Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb. xəbər verir ki, Qədimqala kənd sakini, 1961-ci il təvəllüdlü Rasət Vaqif oğlu Quliyev həmkəndlisi 1967-ci il təvəllüdlü Nazim Əli oğlu Hüseynovun yaşadığı evdə təmir işləri görərkə

İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər veri

Bakıda yaşlı qadını avtomobil vurdu

Bakıda 70 yaşlı qadını avtomobil vurub. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Yaqut Əbdülməmmədova yolu keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanay

Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub. -a istinadla xəbər verir ki,  TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib. Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbua

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

Bankın bağlanması və ya lisenziyasının ləğvi həmin bankdan kredit götürən vətəndaşların borcunu avtomatik silmir. Borcalanın ödəniş öhdəliyi qüvvədə qalır. xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli -a açıqlamasında bildirib


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar cəbhədən son durum idman xeberleri en yeni xeberler