Kredit götürüb xaricə qaçsaq nə olar?

Kredit götürüb xaricə qaçsaq nə olar?"Böyük kredit götür, xaricə get, bir də geri qayıtma" – bu fikir az qala xalq arasında zarafata çevrilib. Bəs doğrudanmı, bankdan külli miqdarda borc götürüb ölkəni tərk etməklə məsuliyyətdən qurtulmaq mümkündür?
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı "Yeni Sabah"a tədqiqatçı-hüquqşünas Səməd Vəkilov danışıb.
Hüquqşünas deyib ki, krediti əvvəldən qaytarmamaq niyyəti ilə götürən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər:
"Təəssüflə qeyd etməliyəm ki, son vaxtlar bankla bağlı cinayətlər intensiv şəkildə artmaqdadır. Məqsəd əvvəlcədən kredit götürüb qaçmaqdırsa, burada artıq cinayət məsuliyyətindən söhbət gedir.
Şəxsin başqa ölkədə olması onun barəsində cinayət işinin başlanmasına mane olmur. Sırf mülki öhdəliklə bağlı münasibətlərdə isə məhkəmə onun barəsində qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsinin qərəzli şəkildə icra edilməməsi isə yenə də cinayət məsuliyyəti yaradır".
Səməd Vəkilov bildirib ki, borcdan qaçmaq üçün ölkəni tərk edən şəxslər xaricdə də hüquqi problemlərlə üzləşir:
"Bundan başqa həmin şəxslər xarici ölkədə işlə məşğul olması üçün müvəqqəti yaşamaq icazəsi yaxud vətəndaşlıqla bağlı müraciət etdikdə onun öz ölkəsi qarşısında öhdəliyi olub-olmaması barədə sorğu verildikdə həmin şəxs üçün mənfi cavab veriləcək, bir sözlə, bu cür uğursuz düşüncə sonda arzuolunmaz nəticələrə səbəb olacaq".
Hüquqşünas qeyd edib ki, ölkədən getmək bank qarşısında yaranmış borcu aradan qaldırmır. Kredit öhdəliyi şəxsin xaricə köçməsi ilə qüvvədən düşmür və hüquqi müstəvidə onun barəsində tədbirlər görülə bilər.

Sosial       Tarix: 03 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü

Sumqayıtda məktəbli qız küçədə döyülüb.   -a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşl

Noyabrda 11 gün iş olmayacaq

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-i

Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb

Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb. xəbər verir ki, Qədimqala kənd sakini, 1961-ci il təvəllüdlü Rasət Vaqif oğlu Quliyev həmkəndlisi 1967-ci il təvəllüdlü Nazim Əli oğlu Hüseynovun yaşadığı evdə təmir işləri görərkə

Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir. qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun

İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər veri

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir. 1800 Azərbaycan vətəndaşı ölümündən sonra orqanlarını bağışlayıb. Yəni reyestrdə var. Beyin ölümü həmin insanlarda baş verərsə, orqanlarının götürülməsinə icazə vermə

Qızıl almaq istəyənlərin nəzərinə

Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. KONKRET.azxəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara v

Yağ qiymətlərində kəskin bahalaşma

Azərbaycanda kərə və duru yağların qiymətində artım müşahidə olunur. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss edilir. Aparılan qiymət monitorinqinə görə, bəzi yağ məhsullarının qiyməti qısa müddətdə altı manatda

Dizel bahalaşacaq, sonra ucuzlaşacaq

2026-cı ildə dizel yanacağının orta dünya qiyməti 2025-ci ildəki 91 dollarla müqayisədə bir barel üçün 135 dollar təşkil edəcək. 2027-ci ildə isə bu göstəricinin bir barel üçün 122 dollara enəcəyi proqnozlaşdırılır. KONKRET.azTrend-


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun bugun xeberler sosial yardim son xeberler bugun 2026 muharibe