Bağırsağın işini bərpa edən məhsulların siyahısı hazırlandı

Bağırsağın işini bərpa edən məhsulların siyahısı hazırlandı Bağırsağın işini bərpa edən məhsulların siyahısı hazırlandı
Həkimlər bağırsağın selikli qişasını bərpa etməyə kömək edən ərzaqların siyahısını tərtib ediblər.
Almaniyanın "Focus.de" portalının məlumatına əsasən, siyahıya hindqozu (kokos), nanə, qızılbalıq, moruq və limon salınıb.
Bildirilir ki, tərkibində hindqozu olan məhsullar, eləcə də süd və qatıq göbələk və virusəleyhinə xüsusiyyətlərə malikdir.
Nanə qıcıqlanmış bağırsaq simptomunu aradan qaldırır. O, bağırsağın işini aktivləşdirir, ağrını, köpü azaldır və qəbizliyi aradan götürür.
Tədqiqatçılar, həmçinin D vitaminin orqanizmdə az olması ilə yoğun bağırsağın xroniki xəstəliklərinin, məsələn xərçəngin yaranmasının arasında da əlaqə aşkar ediblər. Alimlər əlavə ediblər ki, iltihab prosesini dayandırmağa və infeksiyaya qarşı mübarizə aparan bakteriyaların fəaliyyətini gücləndirməyə omeqa-3 turşuları ilə zəngin olan balıqların yağlı növləri kömək edə bilər.  
Moruq tərkibində yüksək miqdarda sellüloza olmağı sayəsində bağırsaq üçün ən faydalı məhsulların siyahısına daxil edilib. Giləmeyvələrin bir porsiyasında təxminən səkkiz qram sellüloz olur ki, bu da insanın gündəlik tələbatının dörddə birini təşkil edir. Moruqdan istifadə etməklə qəbizliklə mübarizə aparmaq və divertikulozun inkişafının qarşısını almaq olar.
Limonun tərkibində bədəndə bakteriya balansını təmin edən və onun müdafiəsi üçün lazım olan zülal — kollagenin yaranmasında mühüm rol oynayan çoxlu miqdarda C vitamini var.
Alimlər xatırladırlar ki, bütün immun sisteminin işi bağırsaq florasının vəziyyətindən asılıdır, çünki antitel  istehsal edən bütün hüceyrələrin təxminən 70 faizi bağırsağın selikli qişasında yerləşir. Bundan əlavə, orada yaşayan bakteriyalar sellülozanı parçalayır və vitaminlərin istehsalına cavabdehdir. /oxu.az

Maraqlı       Tarix: 16 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xəbərlər apa.az xeberler bu gunun xeberleri