Bahalıq olsa da, boş hotel tapmaq çətindir - Azərbaycanda, yoxsa xaricdə dincələk?

Bahalıq olsa da, boş hotel tapmaq çətindir - Azərbaycanda, yoxsa xaricdə dincələk?Bahalıq olsa da, boş hotel tapmaq çətindir - Azərbaycanda, yoxsa xaricdə dincələk?
Hər il yay fəsli - turizm mövsümü gələndə ölkə vətəndaşları istirahətlə bağlı seçim etməli olurlar:
Azərbaycanda, yoxsa xaricdə dincələk?
Təbii ki, həm ölkə daxilində, həm də ölkə xaricində gəzməli-görməli yerlər çoxdur. Bununla belə, əksər insanlar üçün yerlər arasında seçim etmək maddi imkanlara bağlıdır. Yəni az büdcə ilə istirahət etmək istəyənlər Azərbaycanda, çox büdcə ilə istirahət etmək istəyənlər isə Azərbaycandan kənarda dincəlməyə üstünlük verirlər. Baxmayaraq ki, bəzən ölkə daxilindəki hotellərin qiymətləri ölkə xaricindəki hotellərin qiymətlərini üstələyir. Sadəcə, aviabiletlərə çəkilən xərc hesabına xarici turizm daxili turizmdən baha başa gəlir.
"Report" mövzunu turizm sahəsi üzrə mütəxəssislərlə müzakirə edib.
Ölkədəki turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev deyir ki, adətən, azərbaycanlılar yayda Türkiyənin Antalya bölgəsində istirahət etməyə çalışırlar və Azərbaycanla kəskin qiymət fərqi ilk növbəti buradan yaranır:
"Antalyada qiymətlər, aviabilet nəzərə alınmadan belə, olduqca yüksəkdir. Hətta müharibə şəraitində olan Rusiya və Ukraynadan da Antalyaya dincəlməyə gedənlər çoxdur. Amma mən Türkiyəyə istirahətə getmək istəyən şəxslərə Antalya kimi çimərliyi olan yerlərə deyil, İstanbul kimi mərkəz şəhərlərə getməyi məsləhət görərdim. Doğrudur, oradakı hotellərdə yalnız səhər yeməyi verilir. Amma onsuz da oraya istirahətə gedən şəxsin məqsədi hoteldə qalmaq yox, gəzmək olur. Antalya kimi istirahət mərkəzlərinə qış aylarında, 30-50%-ə qədər endirim tətbiq olunan vaxtlarda göndəriş almağı məsləhət görürəm".
Bahalıq olsa da, boş hotel tapmaq çətindir - Azərbaycanda, yoxsa xaricdə dincələk?Ə.Şiriyev yerli hotellərdə də qiymətlərin yüksək olduğunu təsdiqləsə də, əlavə edir ki, bahalıq olsa da, turistik məkanların heç birində boş hotelə rast gəlmək mümkün deyil.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi isə hesab edir ki, dörd-beş ulduzlu, xüsusilə şəbəkə hotellərində dincəlmək istəyənlər üçün ölkənin heç bir əhəmiyyəti yoxdur. Çünki həmin hotellərin qiymətləri ölkələr üzrə bir o qədər də fərqlənmir.
"Digər hotellər isə turizm bazarında yaranan tələblər əsasında təkliflərini edirlər. Yerləşmə vasitələrində qiymətlərin baha olması haqqında çoxlu sayda fikirlər söyləyirlər. Mən də qismən bu fikirlərlə razılaşıram. Düşünürəm ki, kiçik və orta biznes subyektləri olan yerləşmə vasitələrinin inkişafına və sayının artırılmasına xüsusi diqqət yetirilməlidir. Bu seqmentə kiçik hotellər, butiklər, qonaq evləri, rezidensiyalar, apartamentlər, hostellər, kənd evləri, çadır şəhərcikləri və s. aid edilir. Belə müəssisələrin təklifləri artdıqca, turizm bazarında sağlam rəqabət yaranacaq, qiymətlər düşəcək. Bununla da, biz turizm və qonaqpərvərlik xidmətlərinin əlçatanlığını artıra və sənayenin daha da davamlı inkişafını təmin edə bilərik. Bunları təmin etmək üçün turizmin dövlət tənzimlənməsi prosesləri ən vacib rol oynayır".

Turizm       Tarix: 02 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında


yeni xeberler azerbaycan xeberleri son xeberler apa.az xeberler son xeberler bugun cəbhədən son xəbərlər 2026 ən son xəbərlər