Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir
Bakcell növbəti dəfə Azərbaycanın "Ən sürətli mobil şəbəkəsi"* kimi tanınıb.
azxeber.com xəbər verir ki, bu mükafat mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan Ookla® şirkətinin müstəqil təhlili nəticəsində verilib.
Mükafat dövründə Ookla® Azərbaycanda ən sürətli mobil şəbəkəni müəyyən etmək üçün 2022-ci ilin I və II rübü ərzində ölkənin mobil rabitə istifaçiləri tərəfindən Speedtest® iOS və Android mobil tətbiqetmələri vasitəsilə keçirilmiş 71 mindən çox testi müqayisə edib. Nəticədə "Bakcell"in mobil şəbəkəsi bu ilin I və II rübü üzrə ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib.
"Ookla tərəfindən təqdim edilən "Speedtest mükafatı" müstəsna internet sürəti və əhatə dairəsini təmin edən seçilmiş şəbəkə operatorları üçün nəzərdə tutulub. "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" mükafatını Bakcell şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2022-ci ilin I və II rübləri ərzində göstərdiyi misilsiz nəticələrin təsdiqidir. Nəticələr abunəçilər tərəfindən "Speedtest" proqramı vasitəsilə edilən sınaqların ətraflı təhlili vasitəsilə əldə olunub", deyə Ookla şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.
Qeyd edək ki, Ookla şirkəti 2018, 2019-cu və 2021-ci ildə Bakcell şəbəkəsini Azərbaycanın "Ən sürətli mobil şəbəkəsi" adlandırıb.
Bakcell Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR