Bakı ilə dialoqu davam etdirmək əzmindəyik - Brüssel

Bakı ilə dialoqu davam etdirmək əzmindəyik - BrüsselBrüsseldə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belçika Krallığının Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
KONKRET.az xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Belçika tərəfindən isə ikitərəfli məsələlər üzrə Baş direktor Jeroen Koreman rəhbərlik ediblər.
Siyasi məsləhətləşmələr zamanı Azərbaycan ilə Belçika arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib, əməkdaşlıq üçün bütün sahələrdə geniş potensialın mövcud olduğu bildirilib və bunun inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub.
J.Koreman Azərbaycan ilə Belçika arasında siyasi münasibətlərin yaxşı səviyyədə olması, hökumətlər və parlamentlər səviyyəsində əlaqələrin mövcud olduğunu, səmərəli dialoqu davam etdirmək əzmində olduğunu vurğulayıb.
Məsləhətləşmələr zamanı bu il Azərbaycan ilə Belçika arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilib.
X.Xələfov ikinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi vəziyyət, erməni işğalından azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və orada aparılan bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Müharibədən sonra regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycan tərəfindən aparılan işlər və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı ölkəmizin təşəbbüsləri barədə məlumat diqqətə çatdırılıb. Sülh quruculuğu prosesinə Avropa İttifaqının töhfəsi müsbət qiymətləndirilib, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 6 apreldə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşündə müsbət nəticələrin əldə ediləcəyinə inam ifadə olunub.
Daha sonra bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə olunub, baş direktor J.Koreman Azərbaycana səfərə dəvət edilib.

Siyasi       Tarix: 05 aprel 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bu gun son xeberler bugun 2026 azerbaycan son xeber.az kriminal xeber