Bakı Metropoliteni'də çoxdan gözlənilən YENİLİK - FOTO

Bakı Metropoliteni'də çoxdan gözlənilən YENİLİK - FOTO"Bakı Metropoliteni" QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır.
azxeber.com xəbər verir ki, Bənövşəyi xəttin "Xocəsən" və "8 Noyabr" stansiyalarında sərnişinlər "BakıKart" plastik kartından savayı, "BakıKart" mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
Bu məqsədlə "BakıKart" ödəmə sistemini həyata keçirən "K Group" MMC stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki qurğularda (turniketlərdə) texniki işləri yerinə yetirib, proqram təminatını həyata keçirən sistemlər quraşdırıb, test rejimində sınaqlar aparıb. Şirkət ötən müddətdə Bakı metropoliteninin stansiyalarındakı müvafiq avadanlıqlarda yeni sistemlərin quraşdırılması üçün mühüm olan texniki məsələləri öyrənib.
Yeni üsul kartsız, həmçinin elektron cihazlar üzərindən ödəmə imkanlarını genişləndirməyə, sərnişinlərə xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyə kömək edir.
Bu üsulla ödəməni həyata keçirmək üçün aşağıda qeyd edilən addımları atmaq lazımdır:
1. "BakıKart" mobil tətbiqini "Google Play" (https://play.google.com/store/apps/details?id=prod.bakikart.az) və yaxud "App Store" (https://apps.apple.com/az/app/bakıkart/id6444960659) tətbiqlərindən yükləmək;
2. Mobil tətbiqdə qeydiyyatdan keçmək (mobil nömrədən istifadə edilir və şifrə yaradılır);
3. Pul kisəsində balansı ən azı 1 manat artırmaq;
4. QR bilet (yaxud biletlər) yaratmaq (Bilet yalnız 5 dəqiqə etibarlıdır);
5. Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.
Tətbiq "BakıKart" plastik kartını almağa sərf olunan 2 manata qənaət etməyə imkan verir. Daim əl altında plastik kart saxlamağa ehtiyac qalmır. Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir.
QR bilet vaxta qənaətdir. Sərnişin plastik karta gediş haqqını yükləmə terminalına yaxınlaşmadan, elə hərəkətdə ikən mobil cihazında QR bilet yaradaraq turniketlərə yaxınlaşa bilər.
Bundan savayı, mobil tətbiqdən istifadə edərkən ödəniş tarixçələrini izləmək imkanı da əldə edilir. Bu isə sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən aylıq büdcəsini elektron qaydada daha rahat izləməyə kömək edəcək.
QR bilet istifadəçiləri bir neçə məqamı diqqətdə saxlamalıdırlar:
1. QR bilet yalnız bir gediş üçün etibarlıdır;
2. QR bilet 5 dəqiqə ərzində etibarlıdır;
3. QR bilet üçün "pul kisəsi"ndə 1 manat bloklanır;
4. Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ "pul kisəsi"nə qaytarılır;
5. QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində "pul kisəsi"nə qaytarılır.
Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və "141" Çağrı Mərkəzinə müraciət edə bilərlər.
"K Group" MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında tətbiq edəcək. Həmçinin, QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə Yaşıl və Qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində texniki işlərə başlanılıb.
Qeyd edək ki, Bakı metropolitenində gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından "BakıKart" plastik kartları vasitəsilə həyata keçirilir.
Bakı Metropoliteni'də çoxdan gözlənilən YENİLİK - FOTOBakı Metropoliteni'də çoxdan gözlənilən YENİLİK - FOTOBakı Metropoliteni'də çoxdan gözlənilən YENİLİK - FOTOBakı Metropoliteni'də çoxdan gözlənilən YENİLİK - FOTO

Sosial       Tarix: 06 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər dunya xeberleri ən son xəbərlər son xəbərlər azərbaycanda