Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
"Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına nəzarət etməsi xahiş olunur. Əks təqdirdə bu metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər".
Bu sözləri Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlərə rast gəlinir:
"İstər metropoliten əməkdaşları, istərsə də polislər sərnişinlərə platformalarda tibbi maskaları təyinatına uyğun şəkildə taxmalarını tövsiyə edir. Tibbi maskanın istifadə qaydası yuxarı tənəffüs yollarını qorumaqdır. Əgər sərnişin maskanı çənəsinin altında saxlayırsa və ya burnunu bağlamayacaq tərzdə taxırsa, onun heç bir mənası olmur. Bu sadəcə aksessuara çevrilir.
Biz bütün sərnişinlərdən xahiş edirik, təkcə platformada deyil, qatarlara minərkən də maskaları təyinatına uyğun taxın. Çünki, maskadan istifadə etməmək virusun yayılmasına zəmin yaradır. Bu isə maskadan istifadə edən sərnişinlərin haqlı narazılığına səbəb olur. Sərnişinlər karantin qaydalarına ciddi nəzarət etməzsə, bu hal, metronun yenidən bağlanmasına şərait yarada bilər".
Könül Cəfərli
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR