Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMABakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA
Bakı sakinləri metro stansiyalarının girişlərində sərnişinlərin hərarətlərinin ölçülməməsindən narazılıq edirlər.
Bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə qeyd olunub.
Vətəndaşlar iddia edirlər ki, metronun bəzi stansiyalarında yoxlamalara laqeyd yanaşılır:
"Metronun "Memar Əcəmi" , "Nəriman Nərimanov", "Elmlər Akademiyası", eləcə də "Şah İsmayıl Xətai" stansiyalarına daxil olarkən sərnişinlərin hərarəti ölçülmür. Digər stansiyalarda isə hərarətin hansı meyarlar əsasında ölçüldüyünü başa düşmək olmur. Stansiyalara vətəndaşlar tibbi maska ilə daxil olurlar. Metropoliten əməkdaşları niyə sərnişinlərin bəzilərinin hərarətini ölçür, bəzilərinin isə yox?
Sərnişinlər metropolitenə daxil olduqdan sonra maskaları çıxarırlar. Platformalarda karantin qaydalarına riayət edən sərnişinlərin sayı azdır. Metropoliten işçiləri tərtib edilən qaydaların riayət olunmasına ciddi nəzarət etmirlər. Sərnişinlər qatarlarda ara məsafəsini gözləmir və üzərinə işarə qoyulan oturacaqlarda əyləşirlər. Belə olan halda koronavirusa yoluxmaların sayı əlbəttə ki, artacaq".
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında sərnişinlərin iradlarını belə cavablandırıb.
O bildirib ki, sərnişinlərin hər birinin qaydalara ciddi nəzarət etməsinə fiziki olaraq nəzarət etmək mümkün deyil:
"Sərnişinlərin metroya daxil olan zaman hərarətinin ölçülməsi selektiv qaydada aparılır. Bütün stansiyalarda hərarətin ölçülməsi həyata keçirilir. Ola bilər ki, gün ərzində cihazın elektrik yükləyicisi bitir. Bu zaman bir müddət cihazın özünü bərpa etməsi üçün fasilə verilə bilər. Biz əvvəlcə də məlumat vermişdik ki, yoxlamalar əlavə ehtiyat tədbiri kimi aparılır. Bütün sərnişinlərin birmənalı şəkildə yoxlanılacağı deyilməyib.
Metropolitenin girişində laboratoriya şəraiti yoxdur ki, bütün sərnişinlərin hansı xəstəlik daşıyıcıları olduğunu müəyyən edə bilək. Ümumiyyətlə, "Bakı Metropoliteni"ndən istifadə qaydalarının beşinci bəndində qeyd olunub ki, əgər insan hər hansı xəstəliyə yoluxubsa, o, metropolitenə daxil olmamalıdır. Bu, dünya praktikasında da belədir".
B.Məmmədov onu da əlavə edib ki, metropoliten əməkdaşları bu istiqamətdə xüsusi təlim keçiblər:
"Vətəndaşlar bunu ayrı-seçkilik kimi dəyərləndirməməlidir. Metro stansiyalarının girişlərində xidmət aparan əməkdaşlarımıza cihazın istifadəsi, eləcə də karantin rejimi qaydalarının tətbiqi istiqamətində təlimlər keçirilib. Onlar metropolitenə daxil olan zaman özünü şübhəli aparan, halsız olan sərnişinlərin hərarətini yoxlayırlar. Tibbi maskaların istifadəsinə də metroda ciddi şəkildə nəzarət olunur. Müntəzəm dezinfeksiya tədbirləri həyata keçirilir. Sərnişinlərimizin əksəriyyəti qaydalara özləri nəzarət edirlər. Bir qrup sərnişin olur ki, tibbi maskalarını çıxarır, onlarla da əməkdaşlarımız profilaktik söhbətlər aparmaqla, vəziyyətin ciddiliyini izah edirlər. Hələ ki, heç bir ciddi hadisə ilə qarşılaşmamışıq".
Könül Cəfərli 

Sosial       Tarix: 27 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xəbər ən son xeberler en son xeberler