Bakı polisi xəbərdarlıq etdi: "Əmin olsunlar ki, geci-tezi var!

Bakı polisi xəbərdarlıq etdi: "Əmin olsunlar ki, geci-tezi var!Bakı polisi xəbərdarlıq etdi: "Əmin olsunlar ki, geci-tezi var!"
Cinayətə meylli şəxslər tək özlərinin yox, həm də ailə üzvlərinin – qohumlarının, övladlarının "tərcümeyi-hal"ını ləkələyir. Bu ləkə, bir ömür boyu onları təqib edir.
Oxu.Az-ın məlumatına görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, tutulan şəxslər barədə gündəlik məlumatlandırmanı həyata keçirməkdə məqsəd ona yönəlib ki, cinayətə meylli şəxslərə ibrət olsun, bu əməllərdən çəkinsinlər.
E.Hacıyev vurğulayıb ki, ötən il paytaxtda qeydə alınan cinayətlərin statistikası açıqlanıb:
"Qeydə alınan hər bir cinayət faktı üzrə nə qədər insan əziyyət çəkib və bir ömür boyu birinin qeyri-insanı düşüncəsi ucbatından zərərçəkmişə çevrilib. İndi baxaq, məsuliyyətə cəlb olunanlar, özü ilə bərabər nə qədər cinayətlə əlaqəsi olmayan doğmalarına ziyan vurub, onları sarsıdıb.
Bunu həmin şəxslər nəzərə alırmı? Mübahisəlidir. Anlaqlı şəxs ictimai təhlükəli əməlinin nəticəsini görməli olduğu halda görmürsə, bu, onun mənəvi-əxlaqi keyfiyyətləri ilə bağlıdır.
Məsələn, mülkiyyət əleyhinə olan cinayətlərdə əgər cinayətə meylli şəxslər başqasının alın təri ilə qazandıqlarını talamağı qarşısına məqsəd qoyub özünü və yaxın ətrafını xoşbəxt edəcəcəyini düşünürsə, yanılırlar.
Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər. Əmin olsunlar ki, geci-tezi var!".
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova 2019-cu ilin hesabat tədbirində bildirib ki, ötən il paytaxtda ümumilikdə 11min 176 cinаyət qеydə аlınıb ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlub. 
2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, аğır və хüsusilə аğır cinayətlər 2,3,  az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb. /oxu.az

Sosial       Tarix: 21 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən yeni xəbərlər sou biznes bugünki xəbərlər