Bakı-Quba-Rusiya avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir - FOTO

Bakı-Quba-Rusiya avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir - FOTOBakı-Quba-Rusiya avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir - FOTO
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.
Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsinədək 5,5 km-lik ərazi asfaltlanıb. Ceyranbatandan VAZ dairəsi istiqamətində 3 km-lik ərazidə isə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu hazırda 9 km təşkil edir.  
Bundan başqa magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək, beton arakəsmələrlə əvəzlənəcək.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində aparılan işlər zamanı Sumqayıtdan VAZ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tədbirlərinə sentyabrın 29-dan başlanılıb.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə ertmələri tövsiyə olunur. Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı və Sumqayıt-Saray avtomobil yollarından istifadə edə bilərlər.
Bakı-Quba-Rusiya avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir - FOTOBakı-Quba-Rusiya avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir - FOTOBakı-Quba-Rusiya avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir - FOTOBakı-Quba-Rusiya avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir - FOTOBakı-Quba-Rusiya avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir - FOTO

Sosial       Tarix: 26 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər.az bugun xeberler bu gune olan xeberler xeberler bu gun