Bakı siyasətin dilini dəyişir

Bakı siyasətin dilini dəyişirƏsrlərdən bəri formalaşan diplomatiyanın dili yarandığı İntibah dövründən bəri dəyişir. Səfirin, yəni diplomatın ilkin missiyası qarşısına qoyulmuş məqsədə çatmaq idi. Bu səbəbdən o, danışıqlar zamanı nəyi necə söylədiyinə çox diqqətlə fikir verməliydi. O, daim bilməliydi ki, əsas işi sülh yaratmaq olduğundan sərt ifadələrdən çəkinməlidir.
Diplomatiyaın dili performativdir, çünki diplomatın sözü və əməli bütün omalıdır. Onun əsas silahı məhz sözləridir.
21-ci əsrədək belə idi, amma indi dünya düzənindəki qlobal dəyişikliklər, bir-birlərini əvəzləyən çağırışlar və ən nəhayət, böyük dövlətlərlə digər ölkələr arasındakı münasibətlərin formatının artıq köhnəlmiş olduğunun anlaşılması diplomatiyanı islahatlara sövq edir.
Fəqət, düzən hələ tam dəyişməyib.
Dünya supergüclərinin davranışları, taktika və strategiyaları məlum: onlar hegemoniyalarının əsla zəifləməməsinə çalışırlar.
Qərbin və Şərqin "orta" ölkələrinin qarşısında duran yeni problemlər fərqlidir: onlar mövqelərini itirməməyə çalışırlar.
Kiçik dövlətlərə gəldikdə isə, onların total əksəriyyəti mövcud situasiya ilə barışmış durumdadır.
Azərbaycandan savayı.
Rəsmi Bakı siyasətin, o cümlədən diplomatiyanın indiyədək ehkam kimi qəbul edilən qaydalarını və ən əsası, siyasi təmas vasitəsi olan dilini dəyişməyə başlayıb.
Postsovet məkanında ilk dəfə.
Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfir Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən çıxışı ölkə başçısının mövqeyini konkret və açıq həkildə bəyan etməsi ilə yanaşı, Azərbaycan diplomatiyası üçün yeni fəaliyyət strategiyasının bəlirlənməsi, taktikanın müəyyənləşdirilməsi idi.
Keçmiş "sovdepiya" dövlətlərinə Avropa Birliyi ölkələrinin münasibəti güclünün zəifə, varlının kasıba, qüdrətlinin kiçiyə olan baxışlarını xatırladır.
Bakı siyasətin dilini dəyişirDünyanın ən böyük siyasi, hərbi, iqtisadi, maliyyə və s. konqlomeratına çevrilmiş Avropa Birliyi indi faktiki olaraq postsovet ölkələrinin xarici siyasət orientirlərini inzibati şəkildə bəlirləməyə can atır. Brüsseldəki siyasətçilər və avroməmurlar bunu rahatlıqla edirlər, çünki bəhs etdiyimiz məkandakı ölkələrin total çoxluğu Avropa Birliyinə can atır, bu strukturla istənilən əlaqələri maksimal sürətlə və intensivliklə inkişaf etdirməkdə maraqlı olduqlarını vurğulayırlar.
Avropa Birliyi postsovet məkanını transformasiya mərhələsində olan region sayır və hesab edir ki, prosesə "tarixi töhfə"sini verə bilər. Reallıqda bu, odur ki, transformasyia mütləq şəkildə AB-nin maraqlarına və planlarına uyğun edilməli, Rusiyanın təsir rıçaqları minimuma endirilməlidir.
Maraqlarını təmin etmək üçün AB postsovet məkanında bir sıra ümumi proqramları və konkret layihələri reallaşdırır.
Daha dəqiq olsaq, Avropa Birliyi postsovet ölkələrini, o cümlədən Azərbaycanı xarici siyasətində öz gündəmini bəlirləmək hüququndan məhrum edilərək Brüsselə münasibətlərdə təklif olunan modellərindən birini seçmək zərurəti qalmış ölkələr kimi görür.
Azərbaycana da təklif olunmuş "Şərq naminə tərəfdaşlıq" proqramında isə Brüssel postsovet ölkələrinə "institutlardan savayı hər şey" təklif edirdi. Yəni Avropa Birliyi ilə bu quruma üzv qəbul olunmağın potensial reallaşdırılmasından savayı müəyyən şərtlərlə geniş əməkdaşlıq gündəmə gətirilmişdi.
Azərbaycan, Belarus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanın cəlb ounduqları "Şərq naminə tərəfdaşlıq" proqramının bünövrəsində siyasi şərtlər prinsipi, demokratikləşmə və islahatların labüdlüyü kimi evfemizmlər olsa da, real məqsəd adı çəkilən dövlətləri AB-nin tam təsir orbitinə daxil etmək idi.
Postsovet məkanında geosiyasi maraqlarını tam təmin etməyə çalışan Avropa Birlyi təbii ki, təbii qaz və neft təminatı sahələrində Rusiyadan asılılığını azaltmaq, enerjidaşıyıcıları təminatı marşrutlarını diverfikasiya etmək üçün Azərbaycanda hasil olunan enerjidaşıyıcılarından yararlanmağa can atır.
Bu səbəbdən də Avropa Birliyi üçün demokratiya, insan haqları, açıq cəmiyyət və s. kimi məqamlar dəqiq fəaliyyət prinsipləri yox, hədəfə aldığı ölkələrə təsir və imkan yaranan kimi təzyiq vasitəsinə çevrilib.
Postsovet ölkələri isə indiki iki seçim qarşısındadır: ya Rusiya, ya da Avropa Birliyi ilə inteqrasiya proseslərini seçmək.
Az öncə bəhs etdiyimiz kimi, AB bu struktura can atan ölkələrə hətta orta müddətli perspektivdə, bütün şərtlər yerinə yetirildikdə belə, üzvlük vəd və təklif etmir.
Tam əksinə, "Şərq tərəfdaşlığı proqramı" və digər əməkdaşlıq konsepsiyalar məhz AB üzvlüyünə alternativ kimi hazırlanıb.
Təsadüfi deyil ki, Balkan yarımadasının qərbindəki ölkələrə bu "mehriban əməkdaşlıq" proqramları şamil olunmur.
Ukrayna və Gürcüstan vətəndaşları üçün AB-yə 3 ay müddətinə vizasız gediş-gəliş Kiyevlə Tiflisə az qala "böyük hədiyyə" kimi təqdim olunsa da, reallıqda Avropa Birliyinin ucuz işçi qüvvə ilə təminatına yönəlmiş taktikadan başqa heç nə deyil.
Azərbaycan belə prezentativ proqramların məqsədini və AB-nin məramını yaxşı bildiyi üçün soyuqanlı davranaraq praqmatik siyasət yürüdür.
Dövlət başçısı İlham Əliyevin Yunanıstanın ölkəmizə təyin etdiyi yeni səfirinin etimadnaməsinin təqdimatında etdiyi çıxış da bu baxımdan həddən ziyadə konseptualdır.
Bakı siyasətin dilini dəyişir"Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və "DESFA"ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu, təxminən 6 il bundan əvvəl olub. Həmin vaxt əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz qiymətin 10 faizini təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində - 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi. Mən təkrar etmək istərdim ki, bu legitim hüququ biz ilkin olaraq Yunanıstanın Baş Nazirinin təklifi əsasında, açıq və rəqabətli tender proseduru zamanı əldə etdik. Lakin siyasi səbəblərdən, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquqdan məhrum olduq. Sözsüz ki, bu, bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə ciddi təsir etdi. Lakin ondan sonra, açığını desək, biz qərara gəldik ki, əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik. Bizim cavabımız faktiki olaraq heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadıq.  Biz etimadı necə gücləndirə bilərik, əgər bizim şirkətimiz tenderdə qalib gələrək Avropa İttifaqına üzv ölkənin, Yunanıstanın şirkətini satın alır, sonra Yunanıstan hökuməti addımlar atır. Bu addım sizin parlamentdə yeni qanunun qəbulu sayəsində atıldı. Bu da həmin məsələni mümkünsüz etdi və sonra Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni təsdiq etmədi. Mən dedim, bizə "yox" deyin, bizə "sizi istəmirik" deyin. Lakin bizi 4 il müddətində bu vəziyyətdə saxlamaq tərəfdaşlıq əlaməti deyil", - İlham Əliyev dedi.
Prezident daha sonra deyib: "TAP Azərbaycan qazının nəqli üçün yeganə variant deyildi. Azərbaycan qazının Türkiyə ərazisinə çatandan sonra nəql olunması üçün bir neçə variant var idi. Fərqli istiqamətdə ola bilərdi. Lakin TAP-ın seçilməsi həm də investorlar, xarici neft şirkətləri və Azərbaycan tərəfindən verilmiş qərar idi. Başqa sözlə, biz öz tərəfimizdən Yunanıstana müsbət jest etdik. Lakin əvvəlki hökumət hakimiyyətə gələndən sonra, mən bunu xüsusilə vurğulamaq istəyirəm, çünki keçmiş Siriza hökuməti hakimiyyətə gəlməmişdən əvvəl bizim əvvəlki Yunanıstan hökumətləri ilə çox yaxşı münasibətlərimiz olub".
Azərbaycanı narahat edən digər məsələ Ermənistanın Yunanıstan və Kiprlə sıx hərbi-texniki əməkdaşlığıdır.
Ermənistan işğalçı dövlətdir, Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir.
Xatırladaq ki, iki il əvvəl Avropa Birliyi və Azərbaycan "Tərəfdaşlıq prioritetləri" adlı sənədi paraflayıblar. Orada Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir.
Yunanıstanın və Kiprin AB-yə üzv dövlətlər olduqlarını nəzərə alsaq, onların işğalçı Ermənistanla sıx hərbi əməkdaşlığı ən azı sual doğurur.
Afina ilə Bakı arasındakı münasibətlərə çox ciddi təsir edən üçüncü problem Yunanüıstanın Aralıq dənizində davranışıdır.
Prezident İlham Əliyevin mövqeyi dəqiq, aydın və konkretdir: "Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik".
Dövlət başçımızın çıxışında bir məqam isə xüsusilə diqqət çəkəndir: "Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik".
Bakı siyasətin dilini dəyişirRəsmi Bakı Afina ilə münasibətlərdən gerçəkdən də, çox narazıdır.
Səbəbləri anlamaq üçün bir qədər geriyə qayıdaq.
2013-2014-cü illərdə Yunanıstanda vəziyyət çox ağırdı, ölkə defolt həddinə çatmışdı, hökumətlər sürətlə dəyişirdi. Fəlakətli iqtisadi böhran nəticəsində ölkənin xarici borcü ÜDM-i dəfələrlə keçmişdi. Həmin dönəmdə Afina AB-yə üz tutaraq borclarını bağlamaq üçün yardım istədi, lakin Brüssel şərt qoydu: Yunanıstanda iqtisadiyyat liberallaşmalı, dövlət əmlakının bir qismi özəlləşdirlməlidir. Sonucda rəsmi Afina ölkənin əsas qaz operatoru olan DESFA-nın özəlləşdirlməsi üçün tender elan etdi.
Tenderin iştirakçıları arasında Rusiyanın "Qazprom" və "Nequsneft" şirkətiləri, Yunanıstanın iki konsorsiumu və ARDNŞ (SOCAR) vardı. Rusiya şirkətlərinin tenerə qatılması ABŞ və Avropa Birliyini çox qıcıqlandırmışdı, çünki belədə "Qazprom" Avropa bazarındakı mövqelərini daha da möhkəmləndirmiş olardı.
"Qazprom"un idarə heyətinin sədri Aleksandr Miller dəfələrlə Afinaya səfər edərək yunanları dilə tutmağa çalışsa da, alınmadı. Hər şey Yunanıstanın o döənmdəki baş naziri Antonio Samarasın Bakıya səfərindən sonra həll olundu, SOCAR tenderdə qalib gəldi.
Xatırladaq ki, DESFA-nın səhmlərinin 65 faizi üçün SOCAR 400 milyon dolar təklif etmişdilər.
2014-cü ildə Ukraynanın şərqində və Krımdakı olaylardan sonra AB, Rusiya və ABŞ arasındakı münasibətlərdə gərginlik yarandı, AB Rusiyanın "Cənub axını" layihəsinə blokada qoybu, Moskva cavab olaraq "Türk axını"nın inşası ilə bağlı Ankara ilə anlaşdı. Afina isə tamamlanmamış DESFA anlaşması ilə bağlı öz oyununa başlamaq qərarına gəldi.
O vaxtda Yunanıstanda yeni siyasi burulğan yaşandı, Antonio Samaras hökuməti istefa verdi, onun yerinə radikal solların lideri Aleksis Siprasın başçılıq etdiyi SİRİZA koalisiyası gəldi.
Moskvaya aşkar meyllənməsi ilə fərqlənən A.Sipras Rusiyaya rəsmi səfərləri zaman açıq deyirdi ki, SOCAR-ın tenderdə qalib gəlməsinə rəğmən, şirkətin ruslara satılmasını nəzərdən keçirməyə hazırdır.
Yunanıstanın baş nazirinin Rusiya ilə belə çirkin oyuna başlaması AB-ni sinirləndirdi və Avropa Komissiyası DESFA-nın səhmlərinin 65 faizlik nəzarət paketinin satışını yasaqlayaraq SOCAR-a çatacaq payı 49 faizə endirməyi tələb etdi.
Rəsmi Bakı ödəniləcək məbləğin azaldılması şərti ilə razı idi, lakin Kremlin tapşırığını yerinə yetirən Sipras hökuməti qəti etiraz etdi.
"Qazprom"u Yunanıstana buraxmaq istəməyən Avropa Birliyi də yenidən qərar verərək AB üzvü olmayan ölkələrin DESFA-nın satışı ilə bağlı tenderə buraxılmayacağını bəyan etdi.
Beləcə, Rusiyanın və Afinadakı Sipras hökumətinin oyunları nəticəsində DESFA Azərbaycana satılmadı.
Brüssel və Moskva ilə münasibətləri pozmaq istəməyən Bakı susmuşdu, diplomatik qalmaqal yaratmamışdı.
İndisə Azərbayanlla Avropa Birliyi arasında yeni əməkdaşlıq sazişinin imzalanmasına az qalıb və Bakı ilə Brüssel arasında əməkdaşlıq "gücdü-zəif" prinsipi ilə yox, bərabərhüquqlu, üfüqi əməkdaşlıq müstəvisində inkişaf edir.
Bakı siyasətin dilini dəyişirAralıq dənizindəki gərgin proseslərin yaşandığı dövrdə Bakının birmənalı olaraq Ankaranı dəstəkləməsi də Azərbaycanın yeni, hücum diplomatiyasının təzahürü sayıla bilər.
Çağdaş dünyanın diplomatik dilinin sərtləşdiyi dövrdə bütün postsovet məkanı ölkələri arasında Azərbaycan ilk dəfə olaraq Avropa Birliyinə bərabərhüquqlu tərəfdaşlıq təklif etdi, AB üzvü olan Yunanıstana isə siyasətinin bu minvalla davam edəcəyi təqdirdə itkilər verə biləcəyini bəyan etdi.
Cəsarətli, məntiqli və neoqlobal dünyanın şərtlərinə uyğunlaşmaq əvəzinə həmin şərtlərə alternativ davranış təklif edən Bakının səbatlı mövqeyidir bu.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az


İqtisadiyyat     Baxılıb: 760   Tarix: 04 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pensiyalar gələn il bu qədər ARTACAQ

Əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8 % çox proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika v

"Bakcell"in təşkilatçılığı ilə "Süni İntellektlə Dayanıqlılıq" mövzusunda panel müzakirəsi keçirilib

İnnovasiya və sürət lideri "Bakcell"in təşkilatçılığı ilə "Süni İntellektlə Dayanıqlılıq" mövzusunda panel müzakirəsi keçirilib. Tədbirə spiker qismində "Bakcell"in Marketinq direktoru Elxa

Vergi ödəyiciləri ilə bağlı yeni QƏRAR

"Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri" təsdiq edilib. xəbər verir ki, bu barədə müvafiq qərar

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb

Son illərdə Azərbaycan iqtisadiyyatın və əmək bazarının sürətli şəffaflaşdırılması müşahidə edilir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, 2019-c

Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb

Azərbaycanın ən böyükkommersiya banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma vəİnkişaf Bankı (EBRD), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsind

Əgər neftin qiyməti enərsə, mənfi təsirləri qarşılamaq üçün ehtiyat addımlarımız var

Maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin düşəcəyi təqdirdə ehtiyat addımların planlaşdırıldığını deyib. Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrini

Pensiyaların ödəniləcəyi tarix bilindi

Rayonlar üzrə pensiya ödənişi beş gündür ki, gecikir. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi təqaüdçülərin müraciətinə cavab olaraq bildirib ki, pensiyaların noyabrın 20-23 tarixi aralığında verilməsi nəzərd

COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı

BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) çərçivəsində ölkənin ən böyük kommersiya banklarından biri olanBank Respublika və Niderland İnkişaf Bankı (FMO) arasında Azərbaycand

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı

Ölkənin birinci bankıKapital Bank nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər üçün Yeniil öncəsi xüsusi kampaniya həyata keçirir. xəbər verir ki, 15 yanvar 2025-ciildədək Kapital Bank-da manat valyutasınd


tezbazar son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az son xəbərlər bugün 2024 son xabarlar cəbhədən ən son xəbərlər