Bakı-Tbilisi DİALOQU: Avropanın qaz xilasında Kremlə kim gün ağlayacaq?

Bakı-Tbilisi DİALOQU: Avropanın qaz xilasında Kremlə kim gün ağlayacaq?Gürcüstan və Azərbaycan Avropaya yeni qaz tədarükü layihəsi çərçivəsində infrastrukturun qiymətləndirilməsinə başlayıb.
KONKRET.az xəbər verir ki, enerji layihəsi Azərbaycan qazının Gürcüstan ərazisindən keçməklə Qara dəniz vasitəsilə mayeləşdirilmiş formada Rumıniyaya tranzitini, oradan yanacağın digər Şərqi Avropa ölkələrinə çatdırılmasını nəzərdə tutur.
Kreml təhdidləri lətifələşir
Ukraynadakı işğal əməliyyatına qədər Rusiya Avropanın əsas qaz təchizatçısı olub. Qərbin sanksiyaları "Şimal axını" layihələrini donduran zamanda Rusiya bütün Avropanın qışda donacağını iddia edirdi. Elə həmin vaxt Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Bakıya səfər etdi və Azərbaycanla enerji memorandumu imzalandı. Prezident İlham Əliyevlə görüşdə Ursula fon der Lyayen 3 məqamı xüsusi qeyd edib:
"Birincisi, biz Azərbaycandan Aİ-yə təbii qaz nəqlini artırmağı planlaşdırırıq. Bu memoranduma əsasən, biz Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Memorandumun ikinci mühüm məqamı bərpa olunan enerji mənbələri məsələsidir. Üçüncüsü, təbii qaz sahəsində əməkdaşlığımız ətraf mühitin qorunması üzrə öhdəliklərimizə uyğun olmalıdır".
Bu çıxış hazırda dolaşan makronvari şayiələrin erməni xamxəyalı kimi yalandan başqa bir şey olmadığını təsdiqləyir. Yəni Emmanuel Fransası Azərbaycanı Avropadan ayıra bilməz. 1994-cü ildə Azərbaycan "Əsrin müqaviləsi" ilə özünün dünya üçün daimi enerji tərəfdaşlığını sığortalayanda Makron Jan Tardyenin pyesində müqəvva rolunu canlandırırdı. Qeyd edək ki, həmin tamaşanın rejissoru Makronun ağbirçək zövcəsi Bricit olub.
Azərbaycanın geosiyasi və geoiqtisadi gedişləri Parisin Bakı təhdidlərini, Kremlin isə Avropaya ünvanladığı donma xəbərdarlıqlarını gülüş hədəfinə çevirib. Yəni Makron frankmasson oldu-olmadı, İrəvana görə köhnə qitə ilə Azərbaycanın münasibətlərinə soyuqluq gətirmək istədi-istəmədi qulağının dibini görəcək. O ki qaldı Rusiyanın Avropanı buzlaşma ilə hədələməsinə, bu, zorlanan qadının cırmaq atması kimidir. Həm də təzad doludur:
✓ Rusiya Avropanın qışda donacağını deyir.
✓ Rusiya Avropaya qaz ötürmək üçün Türkiyə və Azərbaycanın tranzit xətlərindən yararlanmaq istəyir.
Deyəsən, rusların özü şaxtalı sanksiyaların badına getməmək üçün bütün ultimatum metodlarına əl atırlar. Qərb isə "Qazprom" qazının əldə olunduğu Rusiya muxtariyyətlərin müstəqilliyinə nail olsa, Kreml heç kimə lazım olmayacaq.
• Qədim tarixdə Romanı qazların xilas etdiyi barədə əfsanə var. İndiki tarixdə isə Avropanın mavi yanacaq-qaz xilasında Rusiyadan yararlanmaq da əfsanədir, reallıq deyil. Ən yaxşı halda onlar çıxardar, biz ötürərik.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Sosial       Tarix: 22 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


yeni xeberler azerbaycan xeberleri son xeberler qarabag xeberler azerbaycan son xeber azerbaycanda son xeberler