Bakı və Abşeron yarımadasında mart ayında rekord yağıntı qeydə alınıb
Milli Hidrometeorologiya Xidmətinin çoxillik müşahidə məlumatlarına əsasən, Bakı və Abşeron yarımadasında indiyədək qeydə alınmış rekord yağıntı göstəriciləri ilə müqayisədə cari ilin mart ayında müşahidə edilən yağıntılar əhəmiyyətli dərəcədə yüksək olub.
Xidmətdən azxeber.com-a verilən xəbərə görə, 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36,8 mm təşkil edib ki, bu da aylıq normanın təxminən 150 %-nə bərabər olub.
Cari ilin mart ayının 27–28-də isə ümumilikdə 143 mm yağıntı qeydə alınıb. Bu isə aylıq normanın 606 %-ni təşkil edir.
Aylıq göstəricilərə gəldikdə, 1988-ci ilin mart ayında Bakı və Abşeron yarımadasında ümumilikdə 83 mm yağıntı düşüb ki, bu da aylıq normanın 352 %-nə bərabər olub. 2026-cı ilin mart ayının ilk 28 günü ərzində isə yağıntının miqdarı 151 mm təşkil edib. Bu göstərici aylıq normanın 640 %-i, yəni təxminən 6 dəfə çoxdur.
Beləliklə, müşahidə olunan yağıntı göstəriciləri 1988-ci ilin müvafiq rekordları ilə müqayisədə sutkalıq maksimum üzrə təxminən 4 dəfə, aylıq göstərici üzrə isə təxminən 2 dəfə çoxdur. Bu isə cari dövrdə yağıntıların intensivliyinin və anomaliyasının yüksək olduğunu göstərir.

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Meloni İlham Əliyevə təşəkkür etdi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)