Bakıda 20 gün əvvəl itkin düşən 12 yaşlı uşaq tapıldı - VİDEO
Bakıda 20 gün əvvəl itkin düşən 12 yaşlı uşaq tapılıb.
Bu barədə Azxeber.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Belə ki, Binəqədi rayon sakini olan Xalid Əmirxanov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək oğlu 12 yaşlı Əmirxanın itkin düşməsi barədə məlumat verib.
O, izahatında oğlunun 20 günə yaxındır ki, evdən çıxdığını və geri qayıtmadığını bildirib. Məlumat daxil olan kimi dərhal azyaşlının axtarışlarına başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində 12 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib. Araşdırma zamanı müəyyən edilib ki, o evdə olmadığı müddətdə paytaxt ərazisində müxtəlif məkanlarda, əsasən də avtomobil dayanacaqlarında küçə ticarəti ilə məşğul olub. Polis Bölməsində azyaşlının valdeyni ilə profilaktik söhbətlər aparılıb. Ona övladının təlim-tərbiyəsi ilə ciddi məşğul olması tövsiyə edilib.
"Bir daha valdeynlərə müraciət edərək bildiririk ki, övladları daim nəzarətdə saxlamaqla baş verə biləcək belə halların qarşını vaxtında alsınlar", - mətbuat xidmətindən bildirilib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR