Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT

Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜATBakının Xətai rayonunda 34 yaşlı kişi yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham edilib.
Hadisə ötən il oktyabrın 17-də rayonun M.Hadi küçəsində baş verib.
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü İsmayıl saat 10 radələrində küçədə yetkinlik yaşına çatmayan Əsmərlə (adlar şərti verilib – red.) rastlaşıb. Küçənin ortasında qıza qarşı iyrənc hərəkətlər edib.
İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə məhkəmədə ifadə verən İsmayıl ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, ötən il oktyabrın 17-də səhər saat 8 radələrində atasının yaşadığı ünvana gedib: "Qayıdanda yolda nisbətən qapalı yerdən keçərkən Əsmərlə üzbəüz gəldim. O qışqırdı, mən də qorxaraq qaçdım. Həmin vaxt qız "kömək edin" deyə səs-küy saldı. Hər hansı psixoloji problemim yoxdur. Özümü qıza kömək etməməkdə təqsirli bilirəm".
İbtidai istintaqa verdiyi ifadəsində isə təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 17-də səhər saat 8 radələrində əsəbi olduğu üçün yaşadığı mənzildə spirtli içki olan "Tekila" içib:
"Saat 9 radələrində digər ünvanda yaşayan atama sağlamlıq haqqında arayış verdim və sərnişin avtobusu ilə geri qayıtmaq qərarına gəldim. Avtobus gecikdiyi üçün kəsmə yollarla Məhəmməd Hadi küçəsinə getdim. Binanın arka hissəsində bir nəfər azyaşlı qız uşağının gəldiyini gördüm. Ona yaxınlaşanda özümdən asılı olmayaraq sol əlimlə intim yerlərinə toxundum. Azyaşlı qışqırdığı üçün həmin yerdən qaçdım. Qaçarkən gödəkcəmin papağını başıma keçirdim".
İş üzrə zərərçəkmiş Əsmərin sözlərinə görə, 2025-ci il sentyabrın 4-dən evlərinin yaxınlığında yaşayan Məlahət müəllimənin mənzilində əlavə dərslərlə məşğul olub: "Oktyabrın 17-də səhər saat 9:20-də evdən çıxdım. Təxminən 5-6 dəqiqə sonra yaşayış binasının altında keçid olan yerə yaxınlaşanda bir oğlanın əynindəki gödəkcənin papağını başına çəkdiyini gördüm. O, yanımdan keçərkən sifətini gizlətməklə yaxın məsafədən sol əlini qəflətən ayağım istiqamətinə yönəltdi. Mənə qarşı pis-pis hərəkətlər edərkən qışqırdım. O, əlini çəkdi və əks-istiqamətdə qaçaraq uzaqlaşdı.
Tanımadığım bir qadına yaxınlaşıb hadisə barədə bildirdim. Ucadan qışqırıq səsimi eşidən bir kişi yaxınlaşdı. Ona da baş verənləri dedim. Həmin şəxs oğlanın qaçdığı istiqamətə qaçdı".
Əsmər ifadəsinin sonunda təqsirləndirilən şəxsin himayəsində azyaşlı qızının olduğunu, həmin azyaşlıya görə onu bağışladığını deyib.
İş üzrə şahid qismində danışan Əsmərin anası Şövkətin sözlərinə görə, hadisədən dərhal sonra qızı onunla mobil telefon vasitəsi ilə əlaqə saxladığı üçün həmin yerə gedib: "Ondan nə baş verdiyini soruşdum, hadisəni mənə danışdı. Hüquq-mühafizə orqanlarına şikayət etdim".
Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə sənədlərindən məlum olub ki, təqsirləndirilən şəxs 2 sentyabr 2025-ci ildə 3 ay 20 gün müddətinə "Kids Zone"da aşpaz köməkçisi vəzifəsinə qəbul olunub.
Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs zərərçəkmişə qarşı əxlaqsız hərəkətlər edib. Bu səbəbdən onun əməli Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə) maddəsinə tövsif edilib.
İsmayıl bir il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib./Teleqraf / azxeber.com

Sosial       Tarix: 04 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal bugun en son xeberler cəbhədən video son.xeberler