Bakıda 42 ünvanda təmir işləri aparılacaq - Siyahı

Bakıda 42 ünvanda təmir işləri aparılacaq - SiyahıVətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari təmir işləri həyata keçiriləcək.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, qeyd olunan işlərin bayram günlərinə təsadüf etməsi və nəqliyyat axınının nisbətən azalması nəzərə alınaraq həyata keçirilməsi planlaşdırılıb.
Bu çərçivədə, paytaxtın bir sıra avtomobil yollarında 23 mart 2026-cı il saat 08:00-dan 30 mart 2026-cı il saat 22:00-dək təmir işləri aparılacaq.
Təmir ilə əlaqədar hərəkət bağlanmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək.
Agentlik tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151 849 kv.m təşkil edir.
Təmir aparılacaq küçə və yolların siyahısı:
1. Heydər Əliyev prospekti ("Ramstore" körpüsündən Heydər Əliyev Beynəlxalq Hava Limanı körpüsünədək)
2. 8 Noyabr prospekti (Yusif Səfərov küçəsindən C.Naxçıvanski adına Hərbi Liseyədək)
3. Ziya Bünyadov prospekti ("20 Yanvar" metrostansiyasından "Koroğlu" qovşağınadək)
4. Babək prospekti ("Ramstore" körpüsündən Lütfi Zadə küçəsinədək)
5. İnşaatçılar prospekti (İzmir küçəsindən Hüseyn Cavid prospektinədək)
6. Tbilisi prospekti (Abbasqulu ağa Bakıxanov küçəsindən "20 Yanvar" metrostansiyasınadək)
7. Nəriman Nərimanov prospekti
8. Bayraq meydanına gedən yol (Azneft meydanından Əhəd Yaqubov küçəsinədək)
9. Hüseyn Cavid prospekti (Abdürrahim bəy Haqverdiyev küçəsindən Mikayıl Müşfiq küçəsinədək)
10. Abbas Mirzə Şərifzadə küçəsi (Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək)
11. İzmir küçəsi
12. Koroğlu Rəhimov küçəsi (Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək)
13. Fətəli xan Xoyski küçəsi ("Gənclik" metrostansiyasından Əliyar Əliyev küçəsinədək)
14. Atletlər kəndinə gedən yol (Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinədək)
15. Salyan şosesi ("Bibiheybət" məscidindən Bakı kənar dairəvi yolunadək)
16. Bakı Dairəvi I avtomobil yolu
17. Zığ şosesi (beton yol)
18. Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)
19. Rəşid Behbudov küçəsi (Neftçilər prospektindən Abbasqulu ağa Bakıxanov küçəsinədək)
20. Yusif Səfərov küçəsi
21. Üzeyir Hacıbəyli küçəsi
22. Zərifə Əliyeva küçəsi
23. Mehdi Hüseyn küçəsi (Cəfərov qardaşları küçəsindən Şeyx Şamil küçəsinədək)
24. Şeyx Şamil küçəsi (İstiqlaliyyət küçəsindən Mehdi Hüseyn küçəsinədək)
25. Vaqif küçəsi ("Gənclik" metrostansiyasından Səməd Vurğun küçəsinədək)
26. Səməd Vurğun küçəsi (Yusif Vəzir Çəmənzəminli küçəsindən Neftçilər prospektinədək)
27. Pirşağı–Bilgəh avtomobil yolu (Pirşağı hövzəsi üzrə qəbuledici kanalizasiya kollektorunun tikintisi layihəsi)
28. Təbriz küçəsi (Əliyar Əliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)
29. Bibiheybət şosesi
30. Azər Məmmədov küçəsi (Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsi)
31. Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi
32. Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi
33. Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi
34. Binə qəsəbəsi, Hicran Hasilov küçəsi
35. Qala dördyol ayrıcından Zığ–Heydər Əliyev Beynəlxalq Hava Limanı yoluna gedən hissə
36. Qala–Pirallahı yolundan Zirə qəsəbəsinə gedən yol
37. Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi
38. Novxanı–Pirşağı yolu
39. Xırdalan dairəsi–Binəqədi yolu
40. Balaxanı–Binəqədi yolu
41. Binəqədi–Novxanı yolu
42. Lökbatan–Güzdək yolu (1–9-cu km)
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazilərində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və ərazilərdə quraşdırılacaq müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Sosial       Tarix: 21 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO

Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatınd

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xeber cəbhədən son görüntülər hava proqnozu xeberler