Bakıda arvadının başını çəkiclə əzən kişi: "Paltarlarımı yumurdu

Bakıda arvadının başını çəkiclə əzən kişi: Ötən il Bakıda arvadının başına çəkiclə çoxsaylı zərbələr vuraraq onu öldürməyə cəhd edən və hökm oxunan şəxsin son məhkəmə iclasının detalları məlum olub.
azxeber.com-un "Kriminalqafqaz"a istinadən məlumatına görə, hadisə oktyabrın 25-də Binəqədi rayonunda baş verib.
Belə ki, 65 yaşlı Sərdar Namazov arvadı, 53 yaşlı Gülnarə Namazova ilə aralarında yaranmış mübahisə əsasında çəkiclə onun başına çoxsaylı zərbələr endirib. Qəsdən arvadını öldürməyə cəhd edən Sərdar Namazovun əməli ilə bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmədə ifadə verən Sərdar Namazov bildirib ki, Gülnarəni öldürmək istəməyib:
"Gülnarə mənim ikinci arvadımdır. Birinci arvadımla 2009-cu ildə boşanmışıq. 2010-cu ildə Gülnarə ilə tanış olub evləndik. Onunla evlilikdən bir qızımız oldu. Uşaq elə doğulandan bir qədər problemli olması ailə münasibətlərimizə də təsir etdi. Özüm xəstəyəm, dəfələrlə narkoz alıb, əməliyyat olmuşam. Gülnarənin mənə olan münasibəti əvvəllər çox yaxşı idi. Amma son illər onda dəyişikliklər gördüm. Mənə qarşı diqqətsiz idi. Nə yemək hazırlayır, nə də paltarlarımı yuyurdu. Bundan əlavə onun qonşuluqda yaşayan bir kişi ilə münasibətinin olduğundan da şübhələnmişdim. Bir dəfə axşam o mənə uşaqla birlikdə bacısıgilə gedəcəyini deyib çıxdı. Təxminən 20 dəqiqə sonra dəhlizdən səs eşitdim. Evdən çıxanda gördüm ki, uşaq anasını çağırır. Daha sonra arvadımla həmin kişini birlikdə dəhlizdə gördüm. Bütün bunlar məni təngə gətirdi. Hadisə baş verən gün də ondan niyə belə etdiyini soruşanda yaxşı etdiyini dedi. Bundan sonra əsəbiləşib çəkiclə onun başına yüngül zərbələr vurdum".
Hadisə zamanı xəsarət alan Gülnarə Namazova öz ifadəsində bildirib ki, Sərdarın dedikləri tamamilə yalandır. Onun heç kimlə münasibəti olmayıb:
"Həmin şəxs əvvəllər bizim yaşadığımız yataqxanada qalıb. Daha sonra çıxıb gedib. Onunla heç bir əlaqəm olmayıb. Sərdar mənə böhtan atır. Onu heç vaxt bağışlamayacam. Mənə qarşı qəddarlıq edib. O, qəsdən başıma çəkiclə zərbələr endirərək məni öldürmək istədi. Onun əlindən qaçıb dəhlizə çıxsam da, əl çəkmədi. Dalımca gəlib öz işinə davam etdi. Onun ömürlük azadlıqdan məhrum edilməsini istəyirəm".
Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərdar Namazov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 20 aprel 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler son.xeber son xabarlar azerbaycan son xeber bugun