Bakıda bir gecədə 12 avtomobildən oğurluq edən şəxs tutuldu - VİDEO
Paytaxtın Nizami rayonunda nəqliyyat vasitələrinin yan şüşələri sındırılaraq avtomobillərin salonlarında olan pul və digər qiymətli əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, bu barədə zərərçəkən şəxslər Nizami Rayon Polis İdarəsi (RPİ) və 25-ci Polis Şöbəsinə (PŞ) müraciət edərərək hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsini xahiş ediblər.
Qeyd olunan hadisələr dərhal nəzarətə götürülüb və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyü (PPXB) və 25-ci PŞ-nin əməkdaşları tərəfindən "isti izlər"lə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elgün Şirinzadə saxlanılıb.
O, gecə saatlarında növbəti dəfə avtomobillərdən birinin şüşəsini sındırıb hadisə yerindən qaçmaq istəyərkən Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən tutularaq 25-ci PŞ-yə təhvil verilib.
Araşdırma zamanı Elgün Şirinzadənin may ayının 31-nə keçən gecə təkcə Nizami rayonunda 12 nəqliyyat vasitəsinin yan şüşələrini sındıraraq oğurluq etdiyi müəyyən edilib. Bundan başqa, onun keçən ayın əvvəllərində paytaxt ərazisində daha 3 avtomobildən eyni üsulla oğurluq etdiyi məlum olub.
Elgün Şirinzadə barəsində 25-ci PŞ-də toplanan materiallar arşadırılması üçün Nizami RPİ-yə təqdim edilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - mətbuat xidmətindən bildirilib.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR
Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - Foto
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
Urmiyalı gözəl 75 yaşında öldürüldü
Göldən tapılan həkim şəhid qızı imiş - atası ilə eyni yaşda
Tanınmış musiqiçi qəzada həlak oldu - FOTO
Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi