Bakıda bir gündə altı nəfər yoxa çıxdı - İnsanın itkin düşməsi necə təsdiqlənir?

Bakıda bir gündə altı nəfər yoxa çıxdı - İnsanın itkin düşməsi necə təsdiqlənir?Bakıda bir gündə altı nəfər yoxa çıxdı - İnsanın itkin düşməsi necə təsdiqlənir?
Ötən gün ərzində paytaxtda xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları itkin düşmüş şəxslərlə bağlı beş faktı qeydə alıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
İtkin düşən altı şəxsdən ikisi azyaşlı - Nurlan (2009-cu il təvəllüdlü) və Ömər Şərifov (2014-cü il təvəllüdlü) qardaşdır. Onlar aprelin 20-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yoxa çıxıblar. Polis idarəsinə uşaqların itkin düşməsi ilə bağlı məlumat aprelin 21-də daxil olub. Xoşbəxtlikdən elə həmin gün azyaşlılar Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılaraq, sağ-salamat ailələrinə təhvil verilib.
Qeyd edək ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində aprelin 21-də Dadaşova Səkinə Qalib qızı (1997-ci il təvəllüdlü) itkin düşüb. O, saat 15:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşən şəxsi Binəqədi rayonu 4-cü Polis Bölməsinin əməkdaşları axtarır.
Aprelin 20-də Nərimanov rayonunun ərazisində 23 yaşlı Soltanov Kamran Rafiq oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb.
Nizami rayonunda isə ötən ilin oktyabr ayının 30-da Qara Qarayev prospektinin yaxınlığında itkin düşmüş Hüseynov Həsən Allahverdi oğlu (1975-ci il təvəllüdlü) axtarılır.
Yasamal rayonunun 27-ci polis bölməsinin əməkdaşları Orucov Vidadi Mehdi oğlunu (1959-cu il təvəllüdlü) axtarır. Bu şəxs martın 19-da yoxa çıxıb. O vaxtdan bəri onun harada olduğu barədə məlumat yoxdur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirirlər ki, əksər hallarda itkin düşən şəxslər iki-üç gün sonra özləri sağ və salamat geri qayıdırlar. Lakin istənilən halda axtarış aparılan müddətdə bu şəxslər itkin düşmüş hesab edilir. Həmin şəxslər cinayətin və ya hansısa bədbəxt hadisənin qurbanına da çevrilə bilərlər.
Oxu.Az-ın oxucuları tez-tez "insan hansı hallarda itkin düşmüş hesab olunur?" sualı ilə müraciət edirlər.
Məsələ ondan ibarətdir ki, əvvəllər bütün MDB məkanında vahid təcrübə mövcud idi - əgər şəxsin itkin düşməsindən üç gün keçməyibsə, hüquq-mühafizə orqanları ərizəni qəbul etmirdilər. Lakin son 10 ildə daxili işlər orqanlarının normativləri dəyişib və müddətdən asılı olmayaraq, itkin düşən şəxs haqqında ərizə dərhal qəbul edilməlidir.
Şəxs o halda itkin düşmüş hesab olunur ki, qəflətən və naməlum şəraitdə yoxa çıxsın, harada olduğu haqqında məlumat olmasın. Daxili İşlər Nazirliyində bütün itkin düşmüş şəxslərin qeydiyyatının aparıldığı xüsusi baza mövcuddur. Orada şəxsin məlumat vərəqəsi, şəkilləri, xüsusi əlamətləri, şəxsiyyətini müəyyənləşdirərkən lazım ola biləcək bütün məlumatlar var.
Ramella İbrahimxəlilova

Sosial     Baxılıb: 758   Tarix: 22 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - Foto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Sahib Azər oğlu Gülməmmədo

"Tənbəllik" kimi görünən hal əslində nədir? – Görünməyən yorğunluq

Bəzi insanlar cəmiyyət tərəfindən "tənbəl" kimi qiymətləndirilsə də, mütəxəssislər bunun hər zaman doğru olmadığını bildirirlər. Çox vaxt bu hal insanın daxilən yaşadığı dərin yorğunluq və psixoloji yüklənmə il

Hazırlığa getmədən 300 bal topladı - Fotolar

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb və 8 nəfər maksimum nəticə göstərib. xəbər verir ki, həmin şagirdlərdən bəziləri sevincin

Neft qiymətləri ÇÖKDÜ - Bazarlarda kəskin ucuzlaşma

Dünya bazarlarında neft ötən günlə müqayisədə kəskin ucuzlaşıb. KONKRET.azxəbər verir ki, "Brent" markalı neftin bir barreli 108,19 dollara, yüngül neftin bir barreli isə 100,69 dollara təklif edilir

Yevlaxda baş vermiş qəzada xəsarət alanların vəziyyəti açıqlandı

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:

Qarabağ Universitetinə sektor müdiri təyin olundu

Qarabağ Universitetində yeni təyinat olub. Unikal-a istinadən xəbər verir ki, universitetin inzibati şöbəsinə yeni sektor müdiri təyin olunub. Bu vəzifəyə müvafiq olaraq Dəyanət Fərzəli təyinat alıb

Həkimlər xəbərdarlıq edir - Səhər bu vərdiş təhlükəlidir

Mütəxəssislər səhər saatlarında edilən bəzi səhvlərin sağlamlığa zərər verdiyini açıqlayıb.  xəbər verir ki, acqarına şəkərli qidaların qəbulu orqanizm üçün risklidir. Bu hal qan şəkərinin kəskin artmasına səbəb olur. Nəticəd

Bu həftə iş saatı qısaldılacaq

Azərbaycanın istehsalat təqviminə əsasən cari ilin may ayında iş saatlarında iki dəfə dəyişiklik ediləcək. İş vaxtının azaldılması Əmək Məcəlləsinin müvafiq tələbləri ilə tənzimlənir.  xəbər verir ki, ölkədə fəaliyyət göstərə

Hamilələrin nəzərinə — Yüksək təzyiq

Hamiləlikdə yaranan və həm ana, həm də körpə üçün təhlükəli ola bilən yüksək təzyiq xəstəliyi olan preeklampsiya üçün qanı süzmə (filtrasiya) terapiyası potensial müalicə üsulu ola bilər. Bu üsul həm hamilə qadın, həm d


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun sonxeber.az xeber cəbhədən son görüntülər