Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı

Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı"Terminal Consultinq" MMC barəsində inzibati protokol tərtib olunub.
KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət 2024-cü ildə "Avatar International Trade Co Limited" şirkətinə ehtiyat hissələrinin alınması məqsədilə 80 min ABŞ dolları məbləğində avans ödənişi edib.
Müqavilə və invoys əsasında həyata keçirilən ödənişdən sonra iki il ərzində həmin vəsait hesabına alınan malların Azərbaycana idxalı həyata keçirilməyib. Eyni zamanda, 80 min ABŞ dolları məbləğində vəsait xaricdən geri qaytarılmayıb.
Məsələ ilə bağlı Mərkəzi Bank tərəfindən "Terminal Consultinq" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmə şirkətin nümayəndəsinin iclasa gəlməməsinə baxmayaraq işə onun iştirakı olmadan baxıb.
Qərarda qeyd olunub ki, İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə mallar idxal edilmədikdə və ya ödənilmiş vəsait geri qaytarılmadıqda, hüquqi şəxslər həmin valyuta vəsaitinin 20-30 faizi məbləğində cərimə edilə bilər.
Məhkəmə "Terminal Consultinq" MMC-ni təqsirli bilib və şirkətə 80 min ABŞ dollarının 20 faizi, yəni 16 min ABŞ dolları məbləğində cərimə tətbiq edib.
Qərara əsasən, cərimə ödəniş gününə qüvvədə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə hesablanacaq.
Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Orxan Mehdiyev Rəhim oğludur. MMC-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 4 005 706,76 manat vergi borcu var.

Sosial       Tarix: 20 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru

20 min tamştatlı müəllim kontingenti yaradılacaq və onlar sertifikasiya imtahanından azad ediləcək. . xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq"

Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır

Barmağımızın biri zədələnəndə onu kəsib atırıq, yoxsa müalicə edib sağaltmağa çalışırıq? Övladımız səhv bir hərəkət edəndə onu övladlıqdan silirik, yoxsa səhvini başa salıb düzgün yola gətirməyə çalışırıq?. Əslində, həyatı

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, sentyabrın 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat təşkil edib. Türkiyə lirəsi 0,0348 manatadək, Rusiyanın 100 rublu 2,013

Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza rayonun Qərvənd qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Şirinov Əli Raci oğlunun idarə etdiyi "VAZ-21015"

Ov tüfəngindən atəş açıldı - 62 yaşlı kişi öldü

Gədəbəy sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb. İlkin məlumata görə, 1964-cü il təvəllüdlü Azər Quliyevin yaşadığ

Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü

Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Bərdə şəhəri M.P.Vaqif küçəsində baş verib. Belə ki, 2024-cü il təvəllüdlü Ə.M (Ad şərtidir) valideynlərinin nəzarətində

2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri

2027-ci ildən kənd təsərrüfatı üzrə subsidiya siyasətində yeni mərhələ başlayır. Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni mexanizmlə dövlət dəstəyinin həm istiqamətləri, həm də əhatə dairəsi genişləndirilir. Daha məhsulda

Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) birinci kurs tələbələrini hədələdiyi bildirilən tələbənin universitetdən xaric edilməsi qərarına münasibət bildirib

Xalq artisti Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət aldı: 'Necə oldu, özüm də bilmədim

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb.  xəbər verir ki, bu barədə diktor -a açıqlamasında bildirib. O qeyd edib ki, bir neçə gün əvvəl evinin balkonunda olarkən təzyiqi yüksəli


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun cəbhədən son məlumat son xeberler azerbaycan sonxəbərlər