Bakıda cəmi iki xəstəxana koronavirus xəstələri üçün çalışır
"Koronavirusa yoluxma sayının aşağı olması bir çox xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub. Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır".
Bunu Report-a Şamaxıya ezam olunan əməkdaşının sualını cavablandıran TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
TƏBİB rəhbəri bildirib ki, bu, aktiv xəstə sayının azalmasından irəli gəlir.
O qeyd edib ki, hazırda stasionar şəraitdə müalicə alan şəxslərin sayı nəzərə çarpacaq dərəcədə azdır:
"Vətəndaşlardan bir daha xahiş edirik ki, gigiyenik qaydalara yenə də əməl edilsin. Çünki pandemiya hələ də davam edir. Bütövlükdə bu sahədə nəzarət tədbirlərimiz hələ də davam edir".
"Azərbaycanda vaksinasiya ilə bağlı ümumi statistikaya baxsaq görərik ki, peyvəndləmə ilə bağlı rəqəmlər kifayət qədər yaxşıdır", - TƏBİB rəhbəri əlavə edib.

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat